Sergey Lavrov: “İranın nüvə məsələsi sanksiyalar yolu ilə nizamlanmayacaq”
Tarix: 19.11.2013 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Con Kerri: “İranla nüvə məsələsi üzrə hər hansı bir anlaşma İsrailin təhlükəsizliyini zərbə altında qoymayacaq”

“Altılıq” ölkələri İranla razılığa gəlmək şansını itirməməlidir”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, İranla razılılığın əldə olunması üçün yaranmış yeni fürsət qiymətləndirilməlidir: “Rusiya daha bir dəfə xarici işlər nazirləri səviyyəsində nüvə müzakirələrinə qatılmağa hazırdır.
Mən də amerikalı həmkarım Con Kerri kimi yaranmış fürsətin yaxşı qiymətləndirilməsinin zəruri olduğunu düşünürəm. Bu baxımdan növbəti danışıqların konstruktiv keçməsini təmənna edirəm”. S.Lavrov deyib ki, İranın öz üzərinə götürməyə hazır olduğunu bəyan etdiyi məsuliyyətlər çox diqqətçəkicidir və dünya ictimaiyyətinin də istəklərinə uyğundur: “İran nüvə proqramı ilə bağlı mühüm addımlar atmaq niyyətindədir. Yəni İran öz məsuliyyətlərini gözlənilən zamandan da əvvəl yerinə yetirməyə hazırdır. İsrailin baş naziri Benyamin Netanyahunun İranla razılığın əldə olunmasını tarixi bir səhv kimi xarakterizə edən yanaşması həqiqətdən uzaqdır”. Rusiya XİN rəhbəri vurğulayıb ki, İranın nüvə məsələsi sanksiyalar yolu ilə nizamlanmayacaq: “İranın nüvə haqqının tanınması lazımdır. İrana təzyiq göstərmək və ya sanksiya tətbiq etməklə heç bir nəticə hasil olunmayacaq. Onsuz da sanksiyalar indiyədək heç bir nəticə verməyib. Ancaq bəziləri sanksiyaların təsiredici olduğunu düşünürlər. Bu mövzuda qərarı tarixə buraxmaq lazımdır. Müzakirə aparan diplomatların bu cür mənasız polemikalara girməsinə ehtiyac yoxdur”. ABŞ-ın dövlət katibi Con Kerri isə jurnalistlərə açıqlamasında deyib ki, İranla nüvə məsələsi üzrə hər hansı bir anlaşma İsrailin təhlükəsizliyini zərbə altında qoymayacaq. O bildirib ki, İranla istənilən razılığın əldə olunması İsrailin təhlükəsizliyini təhdid edən amilləri yalnız ciddi şəkildə azaldacaq: “İsrailin baş naziri Benyamin Netanyahu bununla bağlı öz narahatlığını ifadə edib. Onun öz fikirlərini açıq şəkildə bəyan etmək hüququ var və onun fikirləri ölkəsinin müdafiəsi üçündür”. C. Kerri deyib ki, ABŞ İsrailin təhlükəsizliyinin təmin olunması məsələsində öz siyasətinə sadiqdir: “Fikrimcə, bizim hazırkı tədbirlərimiz İsrailin təhlükəsizliyini heç də böyük təhlükə qarşısında qoymur. Əksinə, biz təhlükə riskinin daha da azalacağına inanırıq”. ABŞ dövlət katibi İranla “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələrinə də toxunub: “Mənim Cenevrə müzakirələrindən xüsusi bir gözləntim yoxdur. Bundan başqa, müzakirələr yaxşı niyyətlə aparılır və ilkin addım anlaşmanın əldə olunmasına yönəlib. Ümidvaram ki, İran nüvə proqramının dinc məqsədli olduğunu sübut edəcək. Eyni zamanda rəsmi Tehran bunun üçün hansısa bir sənəd təqdim etməli olduğunu anladığına görə Cenevrə müzakirələrinə əhəmiyyətli şəkildə hazırlıqlı olacaq”.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info