Azərbaycanın KİV nümayəndələri İstanbuldakı “SOCAR-Türkiyə AŞ” şirkətində olublar
Tarix: 20.11.2013 | Saat: 14:12:00 | E-mail | Çapa göndər


Azərbaycanın kütləvi informasiya vasitələrinin nümayəndələri Türkiyənin İstanbul şəhərində “SOCAR-Türkiyə AŞ” şirkətinin direktoru və “Petkim” Petrokimya Şirkətinin idarə heyətinin üzvü Kənan Yavuzla görüşüblər.
K.Yavuz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə həyata keçirdiyi və gələcəkdə reallaşdırmağı nəzərdə tutduğu layihələrin bu ölkədə neft-qaz və kimya sənayesinin inkişafına təkan verəcəyini deyib. Bildirilib ki, 2008-ci ildə “Petkim”in əsas hissələrini alaraq Türkiyə bazarına qoşulan SOCAR neft-kimya sektorunun yenidən qurulmasına 250 milyon dollar sərmayə yatırmışdır. Bu da şirkətin illik istehsal həcminin 10 faiz artmasına səbəb olub.
Qeyd edilmişdir ki, SOCAR-ın qardaş ölkədə ən böyük sərmayəsi “Star” neft emalı zavodunun tikintisinə yönəldilib. İllik 10 milyon ton emal gücünə malik olan zavodun layihə dəyəri 5 milyard ABŞ dolları təşkil edir. Tikintisinin 2017-ci ilə başa çatdırılması planlaşdırılan zavodda emal ediləcək məhsulun 3 milyon tonu “Petkim” şirkəti tərəfindən Türkiyədə istehlak olunacaq, qalan 7 milyon tonu isə dünya bazarına çıxarılacaq. Zavod Türkiyədə bir nöqtədə ən böyük investisiya layihəsidir. Layihə çərçivəsində İzmir şəhərinin Əliağa bölgəsində 600 meqavat gücündə yeni istilik elektrik stansiyası da tikiləcək.
Qeyd olunub ki, artıq İzmir şəhərində regionun və Türkiyənin ən böyük konteyner limanının tikintisinə başlanılıb. Layihənin bütün maliyyə məsələləri həll olunub, tender nəticəsində tikintidə iştirak edəcək şirkətlər seçilib. Hazırda layihə ərazisində torpağın hazırlanması işi aparılır. Tikintisinin iki ilə başa çatdırılması planlaşdırılan layihənin maliyyə dəyəri 300 milyon dollardır.
Diqqətə çatdırılıb ki, SOCAR-ın Türkiyədəki ən böyük sərmayəsi və əhəmiyyətli layihəsi bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı bu ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşündə gələn il təməli qoyulmasına qərar verilən Trans-Anadolu boru xətti (TANAP) layihəsidir. İldə 16 milyard kubmetr təbii qaz nəqlinə hesablanmış boru kəmərinin 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub. Bu kəmərlə daşınacaq qazın 6 milyard kubmetri Türkiyəyə, qalanı isə Avropaya satılacaq. Bununla da Azərbaycandan Türkiyəyə ixrac olunacaq qazın həcmi 12,6 milyard kubmetrə çatacaq. Layihə üzrə SOCAR-ın da mühəndisləri daxil olmaqla 250-yə yaxın şirkətin əməkdaşı tərəfindən mühəndislik işi aparılır. Boru xətti Türkiyə ərazisində 1750 kilometrə yaxın məsafədən keçəcək. Hazırda “Botaş” şirkəti ilə birgə torpaqların seçilməsi işi aparılır və layihənin keçəcəyi ərazilərdə SOCAR-ın geoloqları işləyirlər.
Bununla yanaşı, SOCAR 2018-ci ilədək Türkiyənin İzmir şəhərində 9 milyard dollarlıq, ümumilikdə isə TANAP layihəsi də daxil olmaqla bu ölkəyə 20 milyard dollara yaxın investisiya yatırdacaq. Bununla da “SOCAR-Türkiyə AŞ” “Sabançı” və “Koç” kimi holdinqlər ilə birlikdə ölkənin üç böyük şirkətindən biri olacaq. Həmçinin SOCAR Türkiyəyə investisiya qoyan ikinci ən böyük xarici şirkətdir.
Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılmış, azərbaycanlı jurnalistlərin sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info