Xəbər Agentliklərinin IV Dünya Konqresi Ər-Riyadda öz işini davam etdirir
Tarix: 20.11.2013 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Xəbər Agentliklərinin IV Dünya Konqresi noyabrın 19-da Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində öz işini davam etdirib.
Xəbər verdiyimiz kimi, Səudiyyə Xəbər Agentliyinin təşkilatçılığı ilə keçirilən Dünya Konqresinin işində Səudiyyə Ərəbistanı Krallığının yüksək vəzifəli şəxsləri ilə yanaşı, Fransanın Frans-Press, Böyük Britaniyanın Press Assoşieyşn, Avstraliyanın Assoşieyted Press, Tomson Röyters, Çinin Sinxua, Yaponiyanın Kyodo, Türkiyənin Anadolu, Rusiyanın İTAR-TASS, Almaniyanın DPA, Misirin MENA, Argentinanın TELAM, Koreya Respublikasının YONHAP, İndoneziyanın ANTARA agentlikləri daxil olmaqla dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, SKY-Nyus Arabia, Los-Anceles Tayms, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərləri iştirak edirlər.
“Strategy-Entertainment & Media Price Water House Coopers” şirkətinin tərəfdaşı Nick Corcun rəhbərliyi ilə keçirilən ilk panel iclasında “Dünyada medianın mənzərəsinə baxış” mövzusu müzakirə olunub. Böyük Britaniyanın Press Assoşieyşn agentliyinin baş icraçı direktoru Klayv Marşal qlobal medianın üzləşdiyi problemlərdən danışıb, bu konqresin müasir mətbuatın qarşılaşdığı çətinlikləri müzakirə edib həlli yollarını tapmaq üçün yaxşı platforma olduğunu deib.
Bu panel çərçivəsində keçirilən birinci sessiyaya Avstraliyanın Assoşieyted Press agentliyinin baş icraçı direktoru Brus Devidson moderatorluq edib. Sessiya “İnformasiya bazarında yeni məhsullar və xidmətlər” mövzusuna həsr olunub. Röyters Media Agentliyinin icraçı direktoru Stiven Şvarts, İspaniyanın EFE Agentliyinin prezidenti və baş icraçı direktoru Xose Antonio Vera, Rusiyanın İTAR-TASS Agentliyinin baş direktoru Sergey Mixaylov, ABŞ-ın məşhur Assoşieyted Press Agentliyinin prezidenti və baş direktoru Qarri Pruit, Fransanın Frans-Press Agentliyinin prezidenti və icraçı direktoru Emmanuel Hoq sessiyada çıxış edərək mövzu ilə bağlı maraqlı fikirlər bildiriblər. Onlar xəbər agentliklərinin fəaliyyətlərində müvəffəqiyyət qazanmaq üçün əsas məsələləri diqqətə çatdırıblar. Qeyd edilib ki, indi xəbər hazırlanmasında mətn kifayət deyildir. Fotolara və videoxəbərlərə də ehtiyac var. Ancaq videoxəbərlər də ayrı-ayrılıqda kifayət deyil. Bütün bu məhsullar arasında sinxronlaşma aparılmalıdır. E.Hoq maraqlı fikir söyləyərək deyib: “Hamı baş verən anda hər hansı bir hadisədən xəbər tutur. Amma nəzərdən qaçırmamalıyıq ki, burada hadisənin necə baş verməsini, tarixçəsini bilmək zəruridir. Bax elə burada da jurnalist işinin keyfiyyəti üzə çıxır. Başqa mənbələrin sahibləri ilə əməkdaşlıq artıq başlamışdır. İnformasiya strateji məsələdir”.
Natiqlər xəbər agentliklərinin qarşısında duran çağırışlardan danışmış, medianın problemlərinin həlli yollarını diqqətə çatdırıblar.
Həmin gün Assoşieyted Press Agentliyinin sosial media redaktoru Erik Karvinin moderatorluğu ilə keçirilmiş ikinci sessiyada “Sosial media və digər rəqəmsal informasiya platformaları” mövzusu ətrafında maraqlı müzakirələr aparılıb. Müzakirələrdə iştirak edən dünyanın internet üzrə böyük şirkətlərindən Yahoo-nun Yaxın Şərq və Afrika üzrə media rəhbəri Məhəmməd Sabe, Böyük Britaniyanın MSN agentliyinin sosial media şöbəsinin rəhbəri Darren Votters, Google şirkətinin Yaxın Şərq və Şimali Afrika regionu üzrə qlobal kommunikasiyalar və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri xanım Maha Abuleneyn sosial medianın ənənəvi xəbər agentliklərinin qarşısında yaratdığı çağırışlar və onlara uğurla cavab vermək yolları, xəbərlərin hazırlanmasında qərəzsizlik meyarını əsas tutmaq, fotoların kontentə uyğun seçilib yayılmasında peşəkarlığa üstünlük verilməsinin zəruriliyi barədə fikirlərini bölüşüblər.
Maraqlı müzakirələr şəraitində keçən sessiyadan sonra konqres iştirakçıları üçün Ər-Riyad yaxınlığındakı tarixi yerlərə səfər təşkil edilib. Bədəvi ərəb musiqisi, adət-ənənələri, milli ərəb mətbəxi ilə tanış olan qonaqlar oradan xoş təəssüratlarla ayrılıblar.
Konqres işini davam etdirir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info