Yaponiya Yer üzündən silinə bilər
Tarix: 20.11.2013 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Yaxın zamanlarda Yaponiya Yer üzündən silinə bilər. Bununla yanaşı çox güman ki, Şimali Amerikanın qərb sahillərindəki əhalini də köçürmək lazım gələcək. Bu proqnoz ”Huffington Post Canada” tərəfindən verilib. «Obozrevatel»in verdiyi məlumata görə bu, Kanada-Yaponiya üzrə ekologiya eksperti Devid Sudzukinin proqnozlarına əsaslanır. Orada Yaponiyada Rixter şkalası üzrə 7 bal gücündə baş verəcək yeni zəlzələlərin törədəcəyi nəticələr təsvir edilir. Ekspert qeyd edib ki, Fukusimadakı atom stansiyasının mövcud vəziyyəti Yaponiyaya dəhşətli fəlakət gətirə bilər. Onun sözlərinə görə, Fukusima böyük miqyaslı bir təhlükə mənbəyidir. “AES-in dördüncü reaktoru o qədər güclü zədə alıb ki, yeni bir zəlzələdə oradakı yanacaq çübüqları ətrafdakı hava qatı ilə reaksiyaya girəcək və onda Yaponiyanın sonu gələcək. Həm də Şimali Amerikanın bütün qərb zolağı köçürülməlidir.”- deyə “BFM.ru” mütəxəssin sözlərini sitat gətirir. Alim hesab edir ki, yaxın üç il ərzində 7 bal gücündə yeni yeraltı təkanların baş vermə ehtimalı 95%-dir. Bundan əlavə, tədqiqatçı Yaponiya hökumətini günahlandıraraq bildirib ki, onlar özləri bilərəkdən stansiyanın real təhlükə miqyasını azaldırlar, AES-dakı vəziyyəti normallaşdıracaq beynəlxalq yardımlardan boş yerə imtina edirlər. Onu da xatırladaq ki, 2011-ci ilin mart ayında Yaponiyada 9 bal gücündə dəhşətli zəlzələ baş vermişdi, sonra isə ölkənin sahilləri sunamiyə məruz qaldı. 20 min insan fəlakətin qurbanı oldu. Təbii fəlakətlər nüvə elektrik stansiyası "Fukusima-1"də qəzaya səbəb olmuşdu. Stansiyada radiasiya axıntısı ilə nəticələnən bir neçə partlayış baş vermişdi.

Elnarə




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info