“Beynəlxalq təşkilatlar milli maraqları müdafiə edən QHT-lərə qrant verməkdən imtina edirlər”
Tarix: 20.11.2013 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Vüqar Qədirov: “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə tanıdılmasında bu vətəndaş cəmiyyəti institutları böyük rola malikdir”

İstənilən cəmiyyətin və dövlətin milli maraqlardan çıxış etməsi ən ümdə məsələlərdən hesab olunur. Bu baxımdan cəmiyyətin öz milli maraqlarını ifadə etməsi üçün təşkilatlanması, bu məsələdə dövlətə daha mütəşəkkil formada dəstək verməsinin zəruriliyi göz önünə gəlir. Bu mütəşəkkillik isə yalnız vətəndaş cəmiyyəti institutlarının yüksək səviyyədə formalaşması nəticəsində mümkündür. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının formalaşması prosesi artıq oturuşub. Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarının formalaşması və cəmiyyətin inkişafına öz töhfəsini verməsi üçün müxtəlif formalarda dəstək göstərir, bu məsələdə iradə nümayiş etdirir. 2007-ci ildə Prezident tərəfindən qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi ilə bağlı konsepsiyanın təsdiq edilməsi, 2008-ci ildə vətəndaş cəmiyyəti institutlarından olan QHT-lərə dövlət dəstəyini həyata keçirən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətə başlaması, daha sonra Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun media vasitələrini maliyyələşdirməyə başlaması, eləcə də Gənclər Fondunun gənclərin layihələrini dəstəkləməsi və sair amillər də bunu bariz şəkildə göstərir. Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının ölkənin öz daxilindən - milli və müstəqil dövlətimiz tərəfindən maliyyələşdirilməsi imkan verir ki, vətəndaş cəmiyyəti institutları milli maraqlarımızı əsas prinsip kimi əldə rəhbər tutsunlar.
Bu barədə qəzetimizə fikirlərini bildirən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov belə qeyd etdi: “Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra istər demokratik cəmiyyətin qurulmasında, istər Avropaya inteqrasiya proseslərində, istərsə də milli maraqların təmin olunmasında vətəndaş cəmiyyəti institutlarının rolu danılmazdır.

“Dövlətin maliyyə dəstəyilə milli maraqları müdafiə edən QHT-lərin fəaliyyətində canlanma olmaqla bərabər, onların vətənpərvərlik, milli adət-ənənələrin təbliği, müstəqil dövlətimizin və diaspor fəaliyyətinin inkişafındakı layihələri uğurla həyata keçirilməkdədir”

Respubilkamızda fəaliyyət göstərən bir çox QHT-lərin, vətəndaş cəmiyyəti institutlarının milli maraqların müdafiəsində, müstəqil dövlətimizin inkişafında daim prinsipial mövqe tutmaları illərin sınağından keçən əsas amillərdən biri kimi qiymətləndirilməlidir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində bu institutlar böyük rola malikdir. Bu gün bizim QHT-lər, ictimai birliklər eyni zamanda diaspor fəaliyyətində öz xidmətlərini göstərməkdədirlər. Amma etiraf etmək lazımdır ki, son dövrlərə qədər milli maraqları müdafiə edən vətəndaş cəmiyyəti intitutları bir çox problemlərlə üzləşirdilər. Belə ki, bu istiqamətdə fəaliyyət göstərən QHT-lərə beynəlxalq təşkilatlar qrant verməkdən imtina edirdilər. Bu da təbii ki, onların fəaliyyətində öz mənfi təsirini göstərməkdəydi. Lakin son illər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə milli maraqları müdafiə edən QHT-lərin fəaliyyətində canlanma olmaqla bərabər, onların vətənpərvərlik, milli adət-ənənələrin təbliği, müstəqil dövlətimizin və diaspor fəaliyyətinin inkişafındakı layihələri uğurla həyata keçirilməkdədir. Buna baxmayaraq qarşıda duran vəzifələr, vətəndaş cəmiyyəti institutlarında peşəkarlığın artırılması, yeni, müasir texnologiyalardan istifadə sahəsində biliklərin təkmilləşdirilməsinə ehtiyac var. Vətəndaş cəmiyyəti institutlarının maddi-texniki bazasının yüksəldilməsi, onların milli maraqları müdafiə edən layihələrinə daha çox dəstək verilməsi gələcəkdə onların fəaliyyətlərində öz müsbət təsirini göstərəcək”.

İlkin AĞAYEV


Çıxarış




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info