“Naxçıvan tarixi” çoxcildliyinin II cildinin müəllifləri ilə görüş keçirilib
Tarix: 20.11.2013 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Görüşdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, çoxcildliyin I cildi artıq çap üçün təqdim edilib. 2013-cü il ərzində I cildə daxil olan fəsillər və yarımfəsillər müvafiq müəlliflər tərəfindən işlənilib, işçi qrupu tərəfindən texniki tələblərə uyğunlaşdırılıb, bir neçə dəfə müzakirə edilib, lazımi redaktə və düzəlişlər aparılıb. “Naxçıvan tarixi” çoxcildliyinin I cildinin yazılması zamanı qazanılan təcrübə digər cildlərin yazılması zamanı işin daha sürətlə aparılmasına imkan verəcək. Vurğulanıb ki, II cildin müəllifləri ilə keçirilən bu görüşlə çoxcildliyin yazılması prosesində ikinci mərhələyə start verilir. Akademik onu da diqqətə çatdırıb ki, əvvəlcədən II cildin müəllifləri müəyyənləşdirib və onlara müvafiq tapşırıqlar verilib. Bu da onların bu müddətdə səmərəli istifadə etməsi məqsədi ilə atılan addım olub. II cildin yazılması zamanı da elmilik prinspiləri əsas götürülməli, ümumiləşdirilmiş əsərin tələbləri nəzərə alınmalıdır. “2014-cü ilin aprel ayına qədər müəlliflər tərəfindən II cildə daxil olan fəsillərin son variantları təqdim olunmalıdır”, - deyən bölmə sədri II cildin xronolji çərçivəsi haqqında da danışıb. Qeyd edib ki, II cilddə Naxçıvan tarixinin xanlıqlar dövründən başlamış XX əsrin 30-cu illərinə qədərki dövrü öz əksini tapacaq.
Görüş zamanı II cild müəlliflərinin təklifləri dinlənilib və müzakirə edilib. Qeyd edək ki, çoxcildliyin III cildinin müəllifləri ilə də qarşıdakı günlərdə görüşün keçirilməsi nəzərdə tutulur.
Elnur KƏLBİZADƏ




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info