“Rosneft” də “Azərboru”nun müştəriləri sırasındadır
Tarix: 20.11.2013 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Ölkəmiz “Metal-Ekspo 2013” beynəlxalq sənaye sərgisində təmsil olunub

Qara və əlvan metallurgiya sənayesinin məhsulları, müasir avadanlıq və texnologiyaların nümayiş etdirildiyi “Metal-Ekspo 2013” 19-cu beynəlxalq sənaye sərgisində ölkəmizi “Baku Steel Company” MMC və “Azərboru” ASC-nin nümayəndə heyəti təmsil edib. “Azərbaycan Metallurqlar Cəmiyyəti” İctimai Birliyindən verilən məlumata görə sərgidə dünyanın 35 ölkəsindən 750-dən çox şirkət iştirak edib. Sərgi çərçivəsində çox sayda görüş və təqdimatlar keçirdiklərini deyən “Azərboru” ASC-nin Idarə Heyətinin sədri Həsən Muradov sərgidə nümayiş etdirdikləri stendin böyük marağa səbəb olduğunu, həmçinin bir sıra əhəmiyyətli müqavilələrə imza atdıqlarını da qeyd edib: “Hazırda Russiya bazarı dünyanın ən iri və dinamik inkişaf edən bazarlarındandır. Burada mövcud olan sıx rəqabətə baxmayaraq, istehsal etdiyimiz məhsullar qiymətinə və yüksək keyfiyyətinə görə, bazar iştirakçılarının marağını cəlb edir. Artıq bir ilə yaxındır ki, biz Rusiya bazarında “Azərboru” ASC-nin istehsal etdiyi müxtəlif çeşidli boruları təklif edirik və il ərzində xeyli sayda müştəri və partnyorlar qazanmışıq. Bu yaxınlarda dünyanın ən böyük neft şirkətlərindən olan “Rosneft” məhsullarımızın onların standartlarına uyğun olub-olmadığını müəyyən etmək üçün zavodumuzda yoxlamalar aparıb. Yekun qərara əsasən istehsal etdiyimiz borular “Rosneft”in tələblərinə tam cavab verir və artıq “Rosneft” də müştərilərimiz sırasındadır”. “Azərboru” ASC 1947-ci ildə Sumqayıt şəhərində yaradılıb. 2012-ci ildən məhsulları Rusiya bazarında satışa çıxarılan zavodda qazma, qoruyucu, nasos-kompressor, neft-qaz boruları, həmçinin ümumi təyinatlı borular istehsal olunur. Hazırda Rusiya ilə yanaşı Ukrayna, Qazaxıstan və bir sıra Avropa ölkələrinin bazarlarını tikişsiz borular ilə təchiz edən şirkətin məhsul satışını “Azerpipe” MMC təşkil edir. Xatırladaq ki, 50-dən artıq konfrans, seminar və dəyirmi masanın baş tutduğu “Metal-Ekspo 2013” sərgisində Rusiya və Avropanın ən iri istehsalçıları və treyderləri iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info