Azay Quliyev: “Əvvəlki illərə nisbətən layihələrin yazılışında xeyli fərq var”
Tarix: 20.11.2013 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


"Azərbaycanda elə qeyri-hökumət təşkilatları var ki, onlar nə etdiklərini bilmirlər. Həmin QHT-lərin əsas məqsədi qrant almaqdır. Bu, yolverilməzdir". Bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirib.
A.Quliyev deyib ki, buna baxmayaraq, əvvəlki illərə nisbətən layihələrin yazılışında xeyli fərq var. Bunun da səbəbi həm Bakıda, həm də regionlarda QHT-lərə təlimlərin keçirilməsi olub.
Onun sözlərinə görə, hər bir dövlət qurumunun "Elektron hökumət" portalına qoşulması şəffaflığın artmasına səbəb olur: "Bu, işlərin daha şəffaf və çevik həyata keçirilməsinə şərait yaradır. Məlum olduğu kimi, artıq QHT-lərdən layihələr elektron formada qəbul edilir. Bundan sonra QHT-lərin layihələrinin ekspertizasının da elektron şəkildə həyata keçirilməsi planlaşdırılır. Bütün bunlar ona hesablanır ki, Şura ilə tərəfdaşları arasında əlaqələr minimuma endirilsin. Bununla da nəzəri cəhətdən mümkün ola biləcək neqativ halların qarşısı tamamilə alınmış olacaq".
A.Quliyev əlavə edib ki, bu işin mənimsənilməsində hələ də problemlər var: "Hələ də bəzi QHT-lər yeni texnoloji imkanlardan tam faydalana bilmirlər, bəzən problemlərlə rastlaşırlar. Bizə çoxlu sayda müraciətlər daxil olur ki, biz bu hesabatları hansı formada verək. Təbii ki, bununla bağlı bizim təlimatlarımız var və bunlar davamlı şəkildə həyata keçirilir".
A.Quliyev bildirib ki, təxminən bir ildən sonra QHT-lər tam şəkildə yeni qaydaları mənimsəyəcəklər və artıq sərbəst şəkildə istər maliyyə hesabatı, istər təsviri hesabat, istər layihələrin təqdimatı, istərsə də ekspertizanın təşkili ilə bağlı bütün problemlər tam şəkildə aradan qalxacaq, QHT-lər tam sərbəst şəkildə bu imkanlardan faydalana biləcəklər.
Şura sədri onu da qeyd edib ki, QHT-lərdə belə bir rəy yaranır ki, QHT-lərə Dövlət Dəstəyi Şurası milli donordur və hesabatları gecikdirə, onun keyfiyyətinə əməl etməyə bilərlər: "Bu hal əsasən özünü vaxtında maliyyə və təsviri hesabatların verilməməsində göstərir. Müqavilə öhdəliyində olan bir çox məsələlərə bəzən əməl olunmur. Bununla bağlı biz QHT-lərə dəfələrlə xəbərdarlıq etməli oluruq".
A.Quliyev vurğulayıb ki, əgər bu xəbərdarlıqlar nəticə verməsə, onlarla bağlı konkret qərar qəbul ediləcək: "Bu cür QHT-lər iki il müddətində elan etdiyimiz müsabiqədə iştirak hüququndan məhrum ediləcəklər. Artıq QHT-lərin hesabat dövrü başa çatır. Vaxtında hesabatı təqdim etməyən QHT-lərlə də bundan sonrakı əməkdaşlıq məsələsinə Şura yenidən baxmalı olacaq".

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
23.02.2019
Turistlər polisdən razılıq edirlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info