Tovuzda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü qeyd olunub
Tarix: 20.11.2013 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş partiyanın keçdiyi şərəfli yoldan, ötən 21 il ərzində qazanılmış uğurlardan, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, ölkəmizin ictimai-siyasi, iqtisadi tərəqqisində xidmətlərindən danışıb.
Sonra YAP rayon təşkilatının sədri Məzahir Bayramov məruzə ilə çıxış edib. Partiyanın yaranma tarixindən danışan məruzəçi bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycandakı xaos, hərc-mərclik, ərazilərimizin düşmən tərəfindən işğalı, mərkəzi dövlət hakimiyyətinin zəifləməsi, səriştəsiz, avantürist liderlərin yarıtmaz siyasəti nəticəsində ölkə tənəzzülə doğru gedirdi. Belə bir vaxtda insanların şüurunda və qəlbində Heydər Əliyevin müdrik, yaradıcı, qurucu, xilaskar obrazı canlanırdı. Azərbaycan xalqı məhz bu çətin dövrdə Heydər Əliyevə üz tutmuş, ölkənin nicatı naminə onu siyasi həyatda daha fəal iştirak etməyə çağırıb.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaranmasına və ona rəhbərlik etməyə razılıq verməsi xalqda gələcəyə inam hissini yenidən gücləndirdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis qurultayı keçirildi və ümummilli lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bununla da Azərbaycanın siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında qüdrətli bir təşkilat daxil oldu.
Son illərdə Azərbaycanda mövcud ictimai-siyasi vəziyyətin, qəbul edilmiş çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsinin, region ölkələrində və beynəlxalq aləmdə heyrət doğuran böyük iqtisadi sıçrayışın təhlili göstərir ki, Yeni Azərbaycan Partiyasının üzvləri, bütövlükdə Azərbaycan xalqı ölkəyə və partiyaya rəhbərliyi İlham Əliyevə etibar etməklə özlərinin ulu öndər Heydər Əliyev siyasətinə sədaqətini və inamını nümayiş etdirib. Xalqımız bu siyasətin bəhrəsini gündən-günə daha çox hiss etməkdədir.
Toplantıda üzvlərinin sayı 7 min nəfərə çatan YAP Tovuz rayon təşkilatının fəaliyyətindən, gördüyü işlərdə də söhbət açılıb.
Məruzə ətrafında YAP üzvlərindən Validə Hüseynova, Sahib Ələsgərov, Aybəniz Dəmirova, Arifə Ağayeva və başqaları çıxış edərək partiyanın ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında oynadığı əhəmiyyətli roldan danışıblar.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info