“Samux Aqroenerji kompleksi” dünyada analoqu olmayan nadir layihədir
Tarix: 20.11.2013 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Azərbaycanın ümumi enerji balansında alternativ və bərpa olunan enerjinin payı günəş, külək, kiçik çaylardan alınan enerji ilə birlikdə 2 faizə yaxındır.
AzərTAc xəbər verir ki, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov jurnalistlərə müsahibəsində deyib.
Akim Bədəlov bildirib ki, bu ildən etibarən Azərbaycanda 2020-ci ilədək nəzərdə tutulan “Alternativ enerji mənbələrinin inkişafı strategiyası”nın tətbiqinə başlanıb. Gələn ilin ortalarından alternativ enerjinin satışı və subsidiyalaşdırılması üçün diferensial tariflər tətbiq ediləcəkdir. Bununla da alternativ enerji tarifləri ölkənin əraziləri və istehsal mənbələrindən asılı olaraq dəyişəcək. İnkişaf strategiyasının start layihəsi “1000 ev - 1000 elektrik stansiyası” layihəsi isə Samux rayonunda həyata keçiriləcək. Artıq “Samux Aqroenerji kompleksi”nin tikintisi başlanıb.
Dövlət tərəfindən layihənin icrasına 10 milyon manat vəsait ayrıldığını bildirən A.Bədəlov məlumat verib ki, rayonun Sarıqamış kəndi yaxınlığında tikilən iri aqroenergetika kompleksi burada enerjiyə olan tələbatı tamamilə alternativ enerji mənbələri hesabına təmin ediləcək. Böyük iqtisadi layihə olan Samux aqroenerji kompleksinin ümumi elektrik istehsal gücünün 16 meqavat olacağı planlaşdırılır. Kompleksdə müxtəlif alternativ enerji mənbələrindən istifadə olunacaq. Daha sonra istixanalar üçün günəş elektrik stansiyalarının qurulması planlaşdırılır. Həmçinin ərazidə fermaların, əkinçilik, bağçılıq, balıqçılıq, quşçuluq təsərrüfatlarının yaradılması istiqamətində layihələr hazırlanır.
Bu nadir layihənin dünyada ilk dəfə Azərbaycanda tətbiq olunduğunu vurğulayan A.Bədəlov demişdir ki, Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələrindən istifadə etməkdə əsas məqsədi, Prezident İlham Əliyevin bildirdiyi kimi, dünyada bu sahəyə ölkəmizin töhfəsini verməkdir. Məhz Azərbaycanda dünyada analoqu olmayan ilk Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi tikilmişdir və artıq üç ildir fəaliyyət göstərir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info