İş təcrübəsi karyera üçün investisiya kapitalıdır
Tarix: 20.11.2013 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm İnstitutunun (ATİ) təhsil strategiyasında təhsil-tədris-tədqiqat-təlim-təcrübə modelinə üstünlük verilir. Tədris prosesində məhz nəzəriyyə-təcrübə tandemindən bəhrələnməyin vacibliyini başlıca şərt kimi dəyərləndirən ATİ ixtisaslı-peşəkar kadr hazırlığı sahəsində tərəfdaş ali məktəblərlə ikitərəfli əməkdaşlıqda da maraqlıdır. Son dövrlər ölkəmizdə fəaliyyətə başlayan turizm şirkətləri və brend otellərdə onlarla ATİ –nin məzunu məsul vəzifələrdə çalışırlar.
ATİ-nin mətbuat xidmətindən bildiriblər ki, noyabrın 19-da “Fairmont Baku” hotelində bu ali məktəbin 100-ə yaxın tələbəsi üçün karyera və təcrübə imkanları ilə tanışlıq görüşü keçirilib.
Görüşdə hotelin əməliyyatlar üzrə direktoru Francis Desjardins institutun tələbələrini dünyanın nüfuzlu hotellərinin birində görməkdən məmnunluğunu bildirib, belə görüşlərin davamlı olacağına inandığını vurğulayıb.
Hotelin təlim və inkişaf üzrə direktoru Sonya Flood 127 yaşlı “Fairmont” otelinin tarixi, otellər şəbəkəsində rolu, missiyası, iş imkanları, hədəfləri, Azərbaycanın genişlənən turizm potensialını əks etdirmə videoçarx-təqdimatla çıxış edib. O, çıxışında tələbələrin diqqətinə bir daha çatdırıb ki, qarşılıqlı hörmət, səmimiyyət, gülərüzlülük biznes fəaliyyətinin genişlənməsinin açarıdır. Təcrübə, iş, məzun proqramlarını şərh edən xanım S.Flood ATİ tələbələrini bu proqramlardan yararlanmağa çağırıb.
“Fairmont Baku” hotelinin konfrans xidmətləri və iaşə üzrə əlaqələndiricisi İlkin Rüstəmov ATİ-nin ilk məzunu olaraq təhsil aldığı institutun tələbələrini çalışdığı brend müəssisənin şəxsi heyətində görmək istəyini ifadə edib.
“Fairmont Baku”da karyera və təcrübə imkanları ilə tanışlığa həsr olunan görüşün sonunda ATİ məzunları çalışdıqları müəssisənin xidmət mədəniyyəti ilə tələbələri tanış ediblər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info