QHT-lərə Dövlət Dəstəyi Şurası ənənəvi ictimai müzakirə keçirdi
Tarix: 20.11.2013 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Resbublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası növbəti ilin maliyyə yardımı müsabiqəsi ilə bağlı ictimai dinləmələr keçirib. Bu barədə qurumdan qəzetimizə məlumat verilib. Tədbiri giriş sözü ilə şura sədri Azay Quliyev açıb. Artıq ənənə halı alan ictimai müzakirələrin keçirilməsi haqda danışan şura sədri bildirib ki, dinləmələrin əsas məqsədi QHT-lərin 2014-cü ilin maliyyə müsabiqəsi ilə bağlı təkliflərini öyrənməkdir.
"Biz növbəti ilin müsabiqə strategiyasını qurmaq üçün QHT-lərlə birgə hər il ictimai müzakirə keçiririk. Bu il də ənənəmizə sadiqik. İstərdik ki, QHT-lər növbəti il üçün hansı mövzuları prioritet hesab edirlərsə, hansı mövzular ictimai baxımdan daha çox əhəmiyyət kəsb edirsə, bunu bizə bildirsinlər və biz həmin mövzuları müsabiqənin əsas istiqaməti kimi təqdim edək".
Şura sədri onu da qeyd edib ki, növbəti il bir neçə müsabiqə elan olunacaq.
Sonra QHT təmsilçiləri fəaliyyət göstərdikləri sahələr üzrə mövzu və təkliflər irəli sürüblər. Təkliflər arasında milli maraqların qorunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması, miqrasiya potensialının araşdırılması və qiymətləndirilməsi, Azərbaycan dilinin tətbiqi vəziyyəti, Azərbaycanın işğal olunmuş ərazilərində mədəni abidələrin məhv edilməsi ilə bağlı dünya ictimaiyyətinin daha geniş məlumatlandırılması, milli mənəvi dəyərlərin qorunması, QHT menecmenti, peşə təhsilinin dəstəklənməsi, sosial medianın inkişafı və digər mövzular olub. A.Quliyev səsləndirilən təkliflərin əhəmiyyətini və onların əhatə etdiyi mövzuların ictimai aktuallığını qeyd edib və cəmiyyət üçün vacib ictimai, sosial-mədəni məsələlərin gündəmdə olacağını diqqətə çəkib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info