“Der Spiegel”: “Rusiya Ukraynanı iqtisadi sanksiyalarla hədələyir”
Tarix: 20.11.2013 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


“Ukraynalı iqtisadçılara görə, Avropa Birliyinə inteqrasiya Kiyevə zərər verəcək”

“Der Spiegel” Ukraynanın Gömrük İttifaqına, yoxsa Avropa Birliyinə daxil olacağı ilə bağlı maraqlı yazıb. Yazıda qeyd edilir: “Avropa Birliyi assosiasiya barədə razılıq əldə etmək yolu ilə noyabrın sonunda Ukraynanı özünə pərçim etmək istəyir. Bunun şərti kimi Yuliya Timoşenkonun azadlığa buraxılması irəli sürülür. Amma prezident Viktor Yanukoviç bu şərtdən yayınmaqla yeni partnyorluğu zərbə altında qoyur. Rusiya da bu məsələyə cəlb edilib.
Ukrayna parlamentinin Avropa Birliyi ilə ticarət əməkdaşlığı razılaşması tarixini qeyd etməklə bağlı iclasından az öncə Almaniyanın daxili işlər naziri Qido Vestervelle Kiyevə xəbərdarlıq edib: “Ukrayna zamanla oynaya bilməz, çünki zaman qaçır”. Bu fikir Viktor Yanukoviçə ünvanlanıb. Çünki o, Yuliya Timoşenkonu azad etməyə tələsmir.
Federal kansler Anqela Merkel bu məsələdə qəti addımların atılmasının lazım gəldiyini xatırladıb.
Bu, Kiyevin adresinə “sarı kart” kimi bir şeydi. Amma bu xəbərdarlıq öz bəhrəsini vermədi.
Ukrayna parlamenti yenidən Timoşenkonun həbsdən azad edilməsi ilə bağlı qərar qəbul edilməsini və siyasi islahatların reallaşdırılmasını bir kənara qoyub. İndi gözlənilir ki, qərar Cümə axşamı günü qəbul ediləcək. Əgər hər şey plan üzrə getsə, artıq noyabrın sonunda Şərq tərəfdaşlığı üzrə sammitdə assosiativ üzv olmaq barədə razılıq imzalanacaq. Beləliklə, Avropa Birliyi Ukraynaya razılıq əldə olunması ilə bağlı şərtlər silsiləsini təqdim edib.
Bu şərtlər Vilnüs sammiti başlanana qədər icra edilməlidir. Yalnız bu halda Avropa Birliyi razılaşma imzalaya bilər. Amma bunun üçün Ukrayna qanunlar qəbul etməlidir, seçki və məhkəmə sistemində islahatlar aparmalıdır. Razılaşma yolunda daha böyük əngəl hazırda Ukrayna müxalifətinin məhbəsdə olan lideri Yuliya Timoşenko ilə bağlı məsələdir.
Avropa Birliyinin mövqeyinə görə, Timoşenko özündə “seçki məhkəməsi”ni və Yanukoviçə münasibətdə siyasi intiqamı təcəssüm etdirir.
Ciddi sağlamlıq problemi olan Timoşenkonun müalicəsinin Almaniyada aparılmasını mümkün edən qanunun qəbul edilməsi ilə bağlı bir neçə aydır davam edən müzakirələr Çərşənbə axşamı günü dayandırılıb. Bu məsələ parlamentin işi ilə bağlı deyil. Söhbət ondan gedir ki, Timoşenkonun buraxılması ilə bağlı son sözü demək Prezidentə qalır. Radada səsvermə göstərib ki, Yanukoviç hələ Timoşenkonu xaricə buraxmaqla bağlı qərara gəlməyib. Bunun üçün onun şəxsi motivləri var. O, Timoşenkodan qorxur və ona nifrət edir”.
Daha sonra Rusiyanın bu məsələdə rolu qeyd edilir: “Məsələ yeni mərhələyə qədəm qoyur. Rusiya bütün vasitələrlə Ukrayna ilə Avropa Birliyi arasında razılaşma imzalanmasına qarşı çıxır. Moskva qonşu ölkənin vətəndaşlarının Rusiyaya getməsi ilə bağlı olduqca amansız qaydalarla, həmçinin iqtisadi sanksiyalarla hədələyir. Həmçinin Kiyevi yenidən sərfəli qaz qiymətləri ilə özünə cəlb etməyə çalışır. Bu mübarizə soyuq müharibə vaxtlarını xatırladır. O vaxt da Qərb və Şərq geopolitik nüfuz uğrunda mübarizə aparırdılar.
Qəzet qeyd edir ki, Ukraynanın Avropa Birliyi ilə razılaşma imzalaması ilə bağlı şanslar 50-50-yədir. Qeyd edilir ki, Çexiya Avropa Birliyini, hətta Timoşenko azad edilmədən də Ukrayna ilə saziş imzalamaşa vadar etməyə çalışır. Çünki Birliyin Şərqi Avropada yerləşən ölkələri Avropa Birliyinin Rusiya ilə heç nədən Ukrayna ilə mübarizəyə girməsindən qorxurlar: “Kiyevdəki ekspertlər də istisna etmirlər ki, sammit başlanana qədər Timoşenko özünün azad edilməsindən asılı olmadan belə, bu sazişin imzalanması xahişi ilə çıxış edəcək. Eyni zamanda Avropa diplomatları da şübhələnirlər ki, Yanukoviç bu məsələdən Rusiyanın güzəştə gedəcəyi ana qədər yayınacaq. Az öncə ukraynalı iqtisadçılar dövlət başçısına müraciətlərində qeyd ediblər ki, Ukrayna məhsullarının ənənəvi satış bazarları həmişə Rusiyada olub, ona görə də Avropa Birliyinə inteqrasiya Kiyevə zərər verəcək. Ona görə də Yanukoviç bu qərarın qəbul edilməsini 2014-cü ilə qədər təxirə salmalıdır”.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info