ARDNŞ yeni neft-qaz emalı kompleksi inşa edir
Tarix: 20.11.2013 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


“ARDNŞ yanacağın keyfiyyətinin artırılması üçün müəyyən addımlar atır. Bu, 2004-cü ildən başlayan böyük proqram olub kifayət qədər böyük vəsaitlər tələb edir və bir neçə mərhələdən ibarətdir”.
Bunu jurnalistlərə açıqlamasında ARDNŞ-ın emal üzrə vitse-prezidenti David Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanda mövcud zavodlarda iqtisadi cəhətdən yalnız “Avro-3” səviyyəsinə uyğun yanacağın istehsalı təşkil edilə bilər: “Avro 5” standartına uyğun yanacağın istehsalı üçün kifayət qədər böyük vəsait, yeni texnologiyalar lazımdır. Hazırda ARDNŞ Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində 2023-2025-ci illərdə istifadəyə veriləcək yeni neft-qaz emalı kimya kompleksində o zamanın avro standartlarına uyğun yanacaq istehsal olunmasını nəzərdə tutub. O vaxta qədər isə biz “Avro-3” standartına uyğun yanacaq istehsal edəcəyik”. D.Məmmədov əlavə edib ki, həmin kompleks hazır olduqdan sonra mövcud zavodların fəaliyyəti tədricən dayandırılacaq: “Onlar ya söküləcək, ya satılacaq, ya da dəmir kimi istifadə olunacaq”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info