“Çörəyin paketlənməsini bütün müəssisələrdə təmin etmək çətindir”
Tarix: 20.11.2013 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Ramiz Həsənov: “Yaxın iki ayda tədris müəssisələrində standartlara cavab verməyən qida məhsulları qalmayacaq”

Bakı şəhərində müəyyən istehsalçılar çörəyin paketlənməsini həyata keçirməyə başlayıb. Lakin bunu kütləvi şəkildə bütün müəssisələrə tətbiq etmək olduqca çətin məsələdir”.
Bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib. Komitə sədri qeyd edib ki, artıq müəyyən müddətdir ki, bir çox şirkətlər bu standarta əməl edir: «Xüsusilə, iri çörək zavodları məhsulun paketlənməsini həyata keçirir. Lakin bu iş hər yerdə icra olunmur. Məsələn, bölgələrdə təndir çörəyi bişirənləri bu standartlara riayət etməyə məcbur etmək çətindir. Amma bütün çətinliklərə baxmayaraq, bu istiqamətdə iş davam etdirilir». Komitə sədri qeyd edib ki, qida məhsulları ilə bağlı «halal» standartı qəbul edilsə də, indiyə qədər heç bir şirkət tərəfindən bununla bağlı dövlət qurumlarına rəsmi müraciət daxil olmayıb: “Heç bir müəssisə bu standartla bağlı sertifikasiya prosedurundan keçməyib və “halal” standartlar əsasında məhsul istehsal etmək üçün sorğu daxil olmayıb”. Komitə sədri eyni zamanda qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi “halallıq” icazəsi ilə komitənin tələb etdiyi «halal» standartlar tamamilə fərqlidir: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sırf texniki məsələlər əsasında məhsullara “halal” standartını verir”. Ramiz Həsənov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən şadlıq sarayları ilə bağlı müvafiq standartlar qəbul edilib və artıq bu istiqamətdə yoxlamalar aparılır: “Düzdür, bununla bağlı çoxlu narazılıq yaranıb. Lakin vəziyyət dəyişir və bu proses tədricən yaxşılaşacaq”. Komitə sədri qeyd edib ki, şadlıq sarayları ilə yanaşı, uşaq bağçaları və orta məktəblərdə də qurumun nəzarət xidməti tərəfindən tədbirlər həyata keçirilir: “Standartlar qəbul olunarkən, biz bu müəssisələrə vaxt vermişdik. Ola bilər ki, bu, onlar üçün az idi, lakin hazırda məktəblərdə Təhsil Nazirliyi ilə birgə təmir işləri aparılır, lazımi avadanlıqlar quraşdırılır. İnanıram ki, bu ilin dekabr ayı və ya gələn ilin yanvar ayından qeyd edilən müəssisələrdə standartlara cavab verməyən qida məhsulları ilə bağlı problemlərlə üzləşməyəcəyik. Uşaqlar yüksək səviyyədə qida məhsulları ilə təmin olunacaqlar”.

Yanvardan yeni yanacaq standartı
tətbiq ediləcək


Ramiz Həsənovun sözlərinə görə, gələn ildən Azərbaycanda yanacağın keyfiyyəti ilə əlaqədar «Euro-3» standartı tətbiq ediləcək: “Artıq standart hazırdır və yalnız onun həyata keçirilməsi məsələsi qalıb. Nazirlər Kabinetinin müvafiq qərarından sonra 2014-cü il yanvarın 1-dən etibarən yeni standartın tətbiqinə başlanılacağı gözlənilir”. Komitə sədrinin sözlərinə görə, rəhbərlik etdiyi qurum tərəfindən hətta «Euro-4» və «Euro-5» standartları da artıq hazırlanıb, lakin bu standartlar hələ rəsmi şəkildə qüvvəyə minməyib. R.Həsənov yeni standartın tətbiqi məsələsinin yanacağın qiymətinə təsirindən də danışıb: «Yeni standartla əlaqədar yanacağın qiymətinin artacağını düşünmürəm. Lakin bu baş versə də, çox cüzi ola bilər. Hesab edirəm ki, ekologiya və sağlamlıq hər şeydən vacibdir. Ona görə biz bu standarta keçməliyik».

Məhsullarda radiasiya dərəcəsini yoxlayacaq
yeni laboratoriya


Azərbaycanda bütün növ məhsulların radiasiyadan qorunması üçün yeni laboratoriyalar fəaliyyətə başlayacaq. Bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Atom Enerjisi üzre Beynəlxalq Agentliyin birgə layihəsi əsasında reallaşacaq. Komitə sədri bildirib ki, məhsullarda radiasiya dərəcəsini yoxlamaq üçün Azərbaycanda tezliklə üç laboratoriya işə başlayacaq: «Orada kənd təsərrüfatı məhsulları ilə yanaşı, respublikada istehsal olunan bütün cihazlar, o cümlədən rentgen cihazları və s. yoxlanılacaq».
Cavidan




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info