Vladimir Nikişin: “KTMT Azərbaycanla düşmən vəziyyətində deyil”
Tarix: 21.11.2013 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


“Azərbaycan da bizim tərəfdaşımızdır”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT ) baş katibinin müavini, general-mayor Vladimir Nikişin “Azadlıq” radiosunun Ermənistan xidmətinə verdiyi müsahibədə bildirib ki, təmsil etdiyi təşkilat keçmiş sovet ölkələrinin heç birinə qarşı çıxa bilməz.
O, təmsil etdiyi təşkilatın Ermənistanla müqavilə əsasında müttəfiq olduğunu qeyd edib: “Amma buna baxmayaraq biz təşkilat olaraq Azərbaycanla düşmən vəziyyətində, hansısa ziddiyyət halında deyilik. Onlar da prinsip etibarı ilə bizim tərəfdaşlarımızdır, keçmiş SSRİ-nin ittifaq respublikalarından biridirlər. Ona görə də hansısa məsələdə, o cümlədən müdafiə məsələsinə görə Azərbaycandan xahiş olarsa, prinsip etibarı ilə buna baxılmalıdır. Bu, Ermənistanın əleyhinə yönəlməyib. Amma biz nə de-fakto, nə də de-yure keçmiş SSRİ respublikalarına qarşı çıxa bilmərik. Əksinə, biz onlarla müsbət münasibətlər saxlaya bilsək, effektiv və sülh vasitələri ilə təsir imkanlarımız daha çox olar”. General-mayor qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiyanın məqsədlərindən biri də SSRİ-nin dağılmasından sonra yaranan Dağlıq Qarabağ münaqişəsini həll etməkdir.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info