Kölndə möhtəşəm “Azərbaycan gecəsi“
Tarix: 21.11.2013 | Saat: 14:51:00 | E-mail | Çapa göndər


Kölndə Heydər Əliyev Fondunun təşkil etdiyi "Azərbaycan gecəsi" keçirilib. Kölnün tarixi Gürsenix mədəniyyət zalında 3 saatdan artıq davam edən tədbir Almaniyada əsl Azərbaycan ab-havası yaşadıb.
Heydər Əliyev Fondundan bildirilib ki, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan gecədə çıxış edən səfir Pərviz Şahbazov "Azərbaycan gecəsi"nə gələn hər bir şəxsə təşəkkürünü bildirib.
Azərbaycanın siyasi və iqtisadi göstəricilərinə görə Qafqazda lider dövlət olduğunu deyən səfir bu ölkənin zəngin mədəniyyətə sahib olduğunu vurğulayıb. O, Azərbaycanın bu mədəni və tarixi zənginliklərinin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi layihələrə görə Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.
"Şərqlə Qərb, Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın muğam sənəti bu gün YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Amma Azərbaycanda milli, Şərq musiqisi ilə yanaşı, bu gün klassik, Avropa musiqisi də inkişaf edib və Kölndə təqdim olunan konsert proqramı bunun bariz nümunəsidir" deyən səfir Pərviz Şahbazov Azərbaycanın musiqi vətəni olan Dağlıq Qarabağın 20 ildən artıq müddətdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu və bu işğal nəticəsində 1 milyondan artıq insanın doğma yurdundan qaçqın və məcburi köçkün düşdüyünü bildirib.

Tədbirin aparıcısı, Almaniyanın tanınmış teleaparıcıçı Co Fexner konsert proqramından öncə ölkə barəsində məlumat verərək 1918-ci ildə Şərqdə ilk parlament respublikasının məhz Azərbaycanda yaradıldığını, Avropa ölkələrindən əvvəl məhz Azərbaycanda qadınların ilk dəfə səsvermə hüququ əldə etdiyini deyib. Heydər Əliyev Fondunun digər ölkələrdə həyata keçirdiyi layihələrdən danışan Fexner Fondun Strasburq və Parisdə tarixi kilsələrin, Roma katakombalarının, o cümlədən İkinci Dünya müharibəsi illərində dağıdılan Berlin qəsrinin bərpasında iştirak etdiyini bildirib.
Bu gün müasir Azərbaycanda muğam, caz, klassik musiqi ənənələrinin inkişaf etdiyi qeyd olunub, həmçinin 2012-ci ildə Bakının ilk dəfə olaraq "Eurovision" mahnı müsabiqəsinə uğurla ev sahibliyi etdiyi və bu müsabiqənin Təşkilat Komitəsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi bildirilib.
"Azərbaycan gecəsi" daha sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışı ilə davam edib. Dirijor Fuad İbrahimovun rəhbərliyi altında tamaşaçılara Azərbaycan musiqisinin inciləri təqdim olunub. Fikrət Əmirovun "Şənlik rəqsi", Niyazinin "Rast" simfonik muğamı, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Gülçöhrənin ariyası, Vasif Adığözəlovun "Elegiya"sı, xalq mahnısı "Sarı gəlin" və s. tamaşaçılarda Azərbaycanın musiqi xəzinəsi barədə dərin təəssürat yaradıb.
Gecədə Azərbaycanın tarixi və mədəni irsinin təəssüratında olan tamaşaçıların "Almanlar Azərbaycanda" foto sərgisi ilə tanışlıq imkanı da var idi. Çoxmillətli və tolerantlıq diyarı olan Azərbaycanın Göygöl rayonunda yaşayan almanların həyatını əks etdirən bu sərgi ilə yanaşı, həmçinin "Almaniya gənc rəssamların gözündə" sərgisi də nümayiş olunub. Bu sərgi çərçivəsində Almaniyada heç bir vaxt olmayan gənc azərbaycanlı rəssamların gözündə Almaniya həyatı təqdim edilir.
"Azərbaycan gecəsi"ndə qonaqlara Azərbaycanın milli mətbəxindən təamlar, Heydər Əliyev Fondu tərəfindən nəşr olunan tarix, mədəniyyət, incəsənətə dair müxtəlif kitablar, Azərbaycan muğamı, cazı, klassik və estrada musiqisinə dair disklər də təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Almaniyada növbəti tədbiri dekabrın 5-də Hamburqda keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info