Azərbaycan növbəti dəfə BSTA-nın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib
Tarix: 21.11.2013 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Azərbaycan növbəti dəfə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Bunu qəzetimizə DSMF-dən bildiriblər. Bu barədə qərar BSTA-nın 31-ci Baş Assambleyası çərçivəsində assosiasiyasının Avropa Şəbəkəsi Rəhbər Komitəsinə keçirilən seçkilərdə verilib. Toplantıda həmçinin Assosiasiyanın yeni fəaliyyət proqramı və 2014-2016-cı illər üçün büdcəsi təsdiq olunub, BSTA-nın Prezidenti və Xəzinədarı vəzifələrinə, Nəzarət Komissiyası və Büro üzvlüyünə seçkilər keçirilib.
Azərbaycanın yenidən BSTA-nın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinə seçilməsi ölkəmizin sığorta-pensiya sahəsində əldə etdiyi nailiyyətlərə verilən yüksək qiymət olmaqla yanaşı, bu sahədəki islahatçı imicinin və yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir.
Ölkəmizdə beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modelinin təşəkkül tapması və həmin modelin mühüm tərkib hissəsi olan sığorta-pensiya sistemində islahatların davam etdirilməsinin Azərbaycan Respublikası Prezidentinin xüsusi diqqət mərkəzində saxlaması indiyə qədər əldə olunan bütün uğurların başlıca təminatçısı olub. Ölkəmizin sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək dəyərləndirilməsinin nəticəsi kimi, hələ 2004-cü ildə Azərbaycan BSTA-nın büro üzvü, 2007-ci ildə isə Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. 2011-ci ilin iyun ayında isə Bakı şəhərində BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info