Xəzər dənizinin təhlükəli tullantılarla çirklənməsi dəfələrlə azalıb
Tarix: 21.11.2013 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Son illər Azərbaycanda sənaye istehsalı artsa da, Xəzər dənizinin təhlükəli tullantılarla çirklənməsi on dəfələrlə azalıb. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, Xəzər dənizinin təhlükəli tullantılardan təmizlənməsində artıq SSRİ-dən qalmış ənənəvi texnologiyalardan istifadə olunmur. H. Bağırovun sözlərinə görə, suların yeganə çirklənmə mənbəyi keçmişdən qalan, sualtında yaxşı konfiqurasiya olunmayan quyulardan olan axıntılardır: “Bizim Neft Daşları ətrafında bu baş verir. SSRİ dağılandan sonra siyasi məqsədlərlə hansısa cırtdan ölkənin reytinq təşkilatı Sumqayıtı çirkli şəhərlər siyahısına salır. Amma SSRİ dövründən Sumqayıt və ona yaxın Xəzər sahilləri bir mövzu idi , bu gün tamamilə başqa mövzudur. Həmin ərazi sularının təmizlənməsi işləri çox fəal şəkildə gedib”.
Nazir qeyd edib ki, Xəzər dənizinin suları neftlə çirkləndiyi halda dənizin xüsusiyyətinə uyğun olaraq öz-özünə təmizlənir. Onun sözlərinə görə, Xəzər dənizinin dibində indinin özündə çox aktiv vəziyyətdə olan, neft sızdıran təbii qrikonlar var: “Neft arqonik material olduğu üçün onu da yeyən müəyyən bakteriyalar var. Həmin bakteriyalar çoxalır və neft qalıqlarını emal edirlər. Xəzər dənizi və ya sahilə düşən neft qalıqları da bakteriyaların fəallığı nəticəsində bir neçə gündən sonra yox olur”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info