Son 3 ildə Azərbaycanda 1382 hektar zeytunluq salıb
Tarix: 21.11.2013 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Son 3 ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) damcılı suvarma ilə müşahidə olunan 1382 hektar zeytunluq salıb. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib ki, bu, son 3 ildə təkcə Abşeron yarımadası və ətraf ərazilərdə salınan 3500 hektardan çox yaşıllaşdırılan ərazinin yarısı deməkdir. Nazir qeyd edib ki, 2012-ci ilin sonuna kimi əkilən 2 milyon 515 min ağacdan yalnız 90-100 mini yaşamayıb ki, bu da 2-3% deməkdir: “Bu layihələr indi var və gələcəkdə də davam etdiriləcək. Əgər bu işlər əvvəllər şimal istiqamətində yol boyu Şamaxıda Beşbarmaq ərazisinə kimi çatırdısa, indi Siyəzən, Dəvəçiyə doğru əkinlər aparılır. Yaxın 1 ildə mövcud istiqamətdə yollar başdan-başa yaşıllaşdırılacaq. Gələn illərdə isə bu işlər Salyan, Hacıqabul rayonlarında da davam etdiriləcək”. H.Bağırov qeyd edib ki, bütün tarix boyu Azərbaycanda 1400 hektar zeytunluq salınıb: “Amma zeytunluqların çoxu şəhərin inkişafı nəticəsində məhv olub”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info