Karyer sahiblərindən işə başlamadan öncə ərazisini bərpa etmək tələb olunur
Tarix: 21.11.2013 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında bidirib ki, hazırda Azərbaycanda daş karxanalarının bərpa olunması ilə bağlı yeni bir layihə mövcuddur: “Bu layihəyə əsasən, Maliyyə Nazirliyi hesab edir ki, daş karxanalarının bərpa olunması karyer sahiblərinin öz hesabına həyata keçirilməlidir. Amma bu çətin məsələdir”. Onun sözlərinə görə, hazırda yeni karyer sahiblərindən tələb olunur ki, işə başlamadan öncə ərazisini bərpa etsin. Daş karxanalarının çox tarixi və ənənəvi fəaliyyət növü olduğunu deyən nazir Bakının 90%-nin bu fəaliyyət nəticəsində tikildiyini vurğulayıb: “Hazırda bu sahədə ciddi problemlər və maliyyə mənbələri ilə bağlı suallar var. Onların fəaliyyəti hansısa formada bərpa olunmalıdır”.
Əhəng çöküntülərinin dənizlərin və gölməçələrin doldurulmasında istifadə edilməsinə gəlincə, nazir qeyd edib ki, karyerlərin əhəng çöküntülərinin dənizə axıdılması geniş miqyasda yox, ayrı-ayrı ərazilərdə olur: “Bu, sement istehsalı üçün əhəmiyyətli material olduğundan, onu sement zavodları təhvil alır. Belə bir məqamda inanmıram ki, həmin əhəng çöküntülərindən hansısa ərazini doldurmaq üçün geniş istifadə etsinlər. Sement zavodları işə düşəndən sonra onu qramla əldə edəcəklər ki, tullantılardan sement istehsalında istifadə edə bilsinlər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info