Mnemiopsislərin vurduğu ziyanı necə aradan qaldırmaq olar?
Tarix: 21.11.2013 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Xəzər dənizindəki mnemiopsislər zooplanktonun (dənizdəki xırda balıqların yediyi xırda onurğasız heyvanlar) həcminin 90 faizini yediyi üçün burada kilkələrin və eyni zamanda kilkələrlə qidalanan nərə cinsli balıqların və suitilərin sayının azalması çox mürəkkəb və ağır problemdir. Ekologiya və təbii naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib ki, mnemiopsislər Rusiyanın gəmiləri vasitəsilə əvvəl Karib dənizindən Qara dənizə gətiriliblər, indi isə Qara dənizdən Xəzər dənizinə keçiblər. Nazirin sözlərinə görə, Xəzər dənizi qapalı hövzə olduğu üçün təkamül prosesində onun düşməni yoxdur. Mnemiopsislərin dənizdə çox sürətlə yayıldığını deyən H.Bağırov qeyd edib ki, Xəzəryanı 5 ölkənin brakonyerləri bir yerə yığılsa, təkcə mnemiopsislərin vurduğu ziyanı vura bilməz: “Amma bir tərəfdən də təbiətin özünüqoruma mexanizmləri var. Düşünürəm ki, təbiətin özünün müdafiəsi nəticəsində vəziyyət getdikcə sabitləşəcək. Çünki Qara və Azov dənizlərində belə bir ağır problem var idi. Sonra tədricən onun qarşısını təbiət özü ala bildi. 5 ölkənin Su bioresursları Komissiyası məsələ üzərində işləyir. Ayrı-ayrı sahələr üzrə eksperimentlər aparılır”.
H.Bağırov qeyd edib ki, komissiya mnemiopsislərin düşməni olan başqa bir jele xarakterli canlının onun öhdəsindən gəlməsini yoxlayıb. Nazirin sözlərinə görə, həmin canlının da Xəzər dənizi üçün yad olması müəyyən təhlükə yaradır: “Həmin canlı mnemiopsisləri yeyib qurtarandan sonra başqa hansı canlıya keçəcəyi böyük suallar yaradır. Ona görə də nazirlik narahatdır ki, onu gətirsək, hər hansı bir yeni çirklənməyə səbəb ola bilər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info