Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib
Tarix: 21.11.2013 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Sankt-Peterburqda (Rusiya) MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. İclasın gündəliyinə MDB çərçivəsində inteqrasiya sahəsində qarşılıqlı fəaliyyətə dair 30-dan çox məsələ daxil edilib.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, hökumət başçıları Böyük Vətən Müharibəsində qələbənin 70 illik yubileyinə hazırlığa dair əsas tədbirlər planını təsdiq ediblər.
Hökumət başçıları həmçinin MDB məkanında mallarının istehsalçısının müəyyən edilməsi qaydaları haqqında saziş imzalaıb, 2020-ci ilədək turizm sahəsində əməkdaşlığın inkişafı strategiyasını, bərpa olunan enerji növlərindən istifadə olunması sahəsində əməkdaşlıq konsepsiyasını təsdiq ediblər.
Bundan əlavə, iclasda informasiya təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb, vahid dövlət radiolokasiya tanıma sisteminin inkişaf konsepsiyası və digər sənədlər təsdiq edilib.
İclas iştirakçıları MDB Səhiyyə Sahəsində Əməkdaşlıq Şurasının fəaliyyəti, Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində daimi fəaliyyət göstərən MDB sərgi mərkəzinin yaradılması, dövlətlərarası radionaviqasiya proqramının həyata keçirilməsi, “Mir” Dövlətlərarası teleradio şirkətinin istehsal bazasının müasir rəqəmli və multimedia texnologiyalarına keçirilməsinə dair planın yerinə yetirilməsi haqqında məlumat dinləyiblər.
MDB Hökumət Başçıları Şurasının növbəti iclası gələn il mayın 30-da Kiyevdə (Ukrayna) keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info