İsrailin Rexovot şəhərində “Azərbaycan günləri”
Tarix: 21.11.2013 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


İsraildə "Azərbaycan günləri" çərçivəsində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiya(Azİz) fəalları Rexovot şəhər ictimaiyyəti ilə görüş keçiriblər. Bu barədə Azİz-dən bildirilib. “Azərbaycan günləri” Heydər Əliyev Fondunun dəstəyi və "AZİZ" Beynəlxalq Assosiasiyasının təşkilaçılığı ilə keçirilib. Görüşdə Kiryat-Ekron şəhərinin meri, Xovev Sabari, İsrailin Absorbsiya Nazirliyinin baş direktoru Oded Forer, Bakıdan dəvət olunmuş Azərbaycan Dillər Universiteti yanında İsrail mədəniyyət mərkəzinin direktoru Emiliya Xudiyeva və diaspor nümayəndələri iştirak ediblər.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində bu ilin fevralında açılmış fotosərgi fəaliyyətini İsrailin mərkəzi şəhərlərinin birində - Rexovotda davam etdirib. Tədbir “Justice for Khojaly” mövzusunda sənədli fotosərginin nümayişi ilə başlanıb. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələri əks etdirən fotoşəkillər tədbirin iştirakçılarına təsir edib. “Azİz” assosiasiyası idarə heyətinin üzvü, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Xocalı faciəsi barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib. Arye Qutun sözlərinə görə, bu faciənin amansız və dəhşətli səhnələri Azərbaycanın qəlbində yara kimi əbədi qalacaq. A.Qut deyib: “Xocalı faciəsi bir tərəfdən Xocalının hər bir sakininin öz torpağına, millətinə, vətəninə sədaqətinin nümunəsidir. Digər tərəfdən, bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi soyqırımıdır, barbarlığın və faşizmin görünməmiş təzahürüdür”.
Politoloqun fikrincə, bu faktlar sübut edir ki, Xocalının mülki əhalisinin qəsdən məhv edilməsinin məqsədi onların hamısını azərbaycanlı olduqlarına görə kütləvi şəkildə qırmaq olub. A.Qut bildirib: “Xocalı şəhəri Azərbaycan ərazilərinin növbəti işğalı və etnik təmizlənməsi, dəhşətli amansızlığın müqabilində vahimə və qorxu yaradılması üçün mərhələ kimi seçilib. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı vəhşicəsinə törədilmiş bu qəddarlığın heç cür izahı yoxdur”.
Arye Qut çıxışının sonunda qeyd edib ki, Xocalının azərbaycanlı əhalisinin qırğını ilə bağlı bütün bu faktlar istər-istəməz nasistlərin Liditsa, Oradur və Xatında törətdikləri cinayətləri yada salır.
Sonra Arye Qut Azərbaycanın tarixindən danışıb, Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlament demokratiyası olduğunu qeyd edib. Eyni zamanda Qut Azərabaycan Respublikasının möhtəşəm inkişafından, zəngin mədəniyyətindən danışıb, Azərbaycanın beynəlmiləl ölkə olduğunu qeyd edərək, ölkədə 20.000 yəhudinin yaşadığını qürurla söyləyib.
Tədbirin kulminasiyası Leonid Barştakın rəhbərliyi altında simli kvartetinin konserti olub. Bu kvartet Azərbaycan musiqisinin korifeyləri Üzeyir Hacıbəyov, Qara Qarayev, Tofiq Quliyev kimi bəstəkarların əsərlərini məharətlə ifa ediblər və iştirkaçılar tərəfindən alqışlanıblar. Gənc opera müğənnisi Miryam Hacıyeva Azərbaycan dilində ariya oxuyaraq İsrail tamaşaçılarını heyran edib.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info