“Niderland Azərbaycandan neft idxalını artıracaq”
Tarix: 21.11.2013 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Rotterdam meri Əhməd Əbutalib: “Su təsərrüfatının idarə olunması, kənd təsərrüfatı sahəsi və tələbə mübadiləsi ilə bağlı perspektivlər var”

Bakıda Azərbaycan-Niderland biznes-forumu keçirildi. Forum İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilirdi.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, gəmiqayırma, konsaltinq, logistika və s. sahələrdə fəaliyyət göstərən 50-ə yaxın şirkətin nümayəndəsi iştirak edirdilər. Forumda çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev Azərbaycanla Niderland arasında əlaqələrin inkişaf etdiyini dedi: “Hər iki ölkə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Azərbaycanla Niderland arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün ölkələrimiz böyük potensiala malikdir. İndiyədək Azərbaycan və Niderland arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair bir sıra sənədlər imzalanıb.
Azərbaycan Niderlandın su ehtiyatlarının idarə olunması, sel və subasmaya qarşı mübarizə təcrübəsindən yararlana və bu sahədə bu ölkə ilə əməkdaşlıq edə bilər. Hazırda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində Niderland sərmayəli şirkətlər uğurla fəaliyyət göstərir. İki ölkə arasındakı investisiya dövriyyəsi 2 mln. dollara çatıb”.
S.Vəliyev niderlandlı qonaqlara Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən iri layihələr barədə də geniş məlumat verdi: “Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan geniş tranzit imkanlarına malikdir”.
S.Vəliyev Niderland şirkətlərinin bu imkanlardan yararlana biləcəklərini qeyd etdi, biznes-forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlərin iqtisadi əlaqələrin inkişafında xüsusi əhəmiyyətini vurğuladı.
Niderlandın Rotterdam şəhərinin meri Əhməd Əbutalib isə Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi, rəhbərlik etdiyi şəhərin əsas iqtisadi sahələri barədə məlumat verdi. O, azərbaycanlı sahibkarları Rotterdam şəhərinin iş adamları ilə fəal əməkdaşlığa dəvət etdi: “Niderland Azərbaycandan neft idxalını artırmaq niyyətindədir. Onun sözlərinə görə, Rotterdam limanı vaxtı ilə dünyanın ən böyük limanı olub. İndi isə Qərbi Avropada ən böyük və ən geniş limandır. Bununla yanaşı, bu şəhəri Avropaya açılan bir qapı kimi də qiymətləndirmək olar. Bu qapıdan neft və qaz məhsulları ilə bərabər, ərzaq məhsulları, meyvə-tərəvəz də idxal etmək mümkündür. Hazırda Azərbaycandan Rotterdama ildə 2 mln. ton neft gətirilir. Bu da limana gətirilən neftin 2%-ni təşkil edir. Düşünürəm ki, Bakı və Rotterdam limanları arasında əməkdaşlıq bir o qədər də geniş deyil və Azərbaycana gəlişimizin məqsədlərindən biri də bu iki şəhərin limanları arasında əməkdaşlığı genişləndirməkdir.
Neft və qaz sektorundan başqa, digər sahələr üzrə də əməkdaşlıq imkanları nəzərdən keçirilir. Bura su təsərrüfatının idarə olunması, kənd təsərrüfatı sahəsi və tələbə mübadiləsi ilə bağlı perspektivlər nəzərdən keçirilir. Rotterdamda iqtisadiyyat və tibb fakültələri üzrə güclü universitetlər var. Düşünürəm ki, bu sahədə də əməkdaşlıq edə bilərik və bu əməkdaşlıq bizi maraqlandırır. Su təminatı və su təsərrüfatı sahəsində Niderlandın böyük təcrübəsi var. Rotterdam şəhəri dəniz kənarında yerləşir və şəhərin böyük bir qismi dəniz sahəsindən 6 metr aşağıdadır. Düşünürəm ki, bu sahədə də Bakıya və bütövlükdə Azərbaycana təcrübəmizlə kömək edə bilərik”.
Azpromo-nun rəhbəri Rüfət Məmmədov və Niderland İxracın Təşviqi Şurasının Mərkəzi və Şərqi Avropa üzrə regional meneceri Villemiek Evertsin Azərbaycan və Niderlandın biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış ediblər. Sonda Niderland şirkətlərinin təqdimatları dinlənilib, Rotterdam şəhərinə dair video çarx nümayiş olunub, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info