“ABŞ daha ərəb dövlətləri və İsrail üçün etibarlı müttəfiq deyil”
Tarix: 21.11.2013 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


“The Financial Times”: “Rusiyanın bu regiona qayıdışı təxmin edilir”

“ABŞ Yaxın Şərq regionundan getmək, Rusiya isə buraya gəlmək istəyir. Amma bununla bağlı olaraq regionun da öz ideyaları var”. Bu barədə Böyük Britaniyanın “The Financial Times" qəzeti bildirir.
Məqalədə qeyd edilir ki, ABŞ-ın ərəb dövlətləri və İsrail kimi müttəfiqlərində belə bir əminlik var ki, ABŞ artıq dolaşıq intriqalarda və Yaxın Şərq uğrunda amansız rəqabətdə etibarlı müttəfiq deyil: “Bu zaman isə Rusiyanın bu regiona qayıdışı təxmin edilir. Yəqin ki, kimsə Rusiya xarici işlər və müdafiə nazirlərinin ötən həftə Qahirəyə olduqca reklam edilmiş səfərində dönüş anını tutub. Bu səfər prezident Ənvər Sadatın Misirdən 20 min sovet hərbi məsləhətçisini qovmasından 41 il sonra baş tutub. Əgər bu dönüş anı varsa, onda qətiyyən aydın deyil ki, Misir və eləcə də Amerika ilə müttəfiqlikdən məyus olmuş Səudiyyə Ərəbistanı, Türkiyə, İsrail kimi dövlətər hara üz tutacaqlar?
Bu region dövlətlərinin ABŞ-dan şikayətləri müxtəlifdir. Burada vacib istisna odur ki, ABŞ-ın İsrailə qəti dəstəyi bütün ərəb dövlətlərini, o cümlədən Türkiyə və İranı da qıcıqlandırır. Amma Barak Obama bu şikayətlər siyahısına digər nüansları da əlavə edib. Misirin hazırkı hökuməti və eləcə də ABŞ-ın başçlıca ərəb müttəfiqi olan Səudiyyə Ərəbistanı belə hesab edirlər ki, onları satıblar. Birincisi, Obamanın Ağ Evi ABŞ-ın sadiq satelliti olan prezident Hüsni Mübarəkin 2011-ci ildə devrilməsinin qarşısını almaq üçün heç bir şey etməyib.
İkincisi isə ordu iyunda prezident Məhəmməd Mursini və “Müsəlman qardaşları”nı devirəndə ABŞ Misirlə İsrail arasında 1979-cu ildən bəri olan sülh anlaşmasının bir hissəsi hesab edilən illik 1,3 milyard dolları saxlayıb.
Həmçinin, özündə status-kvonu qoruyub saxlayan, eləcə də bu status-kvonu dəyişmək hüququna malik olan İsrail ABŞ-dan narazı qalıb. İsrail dövləti, xalqlarının bu ölkənin siyasətinə qarşı ədavətinin qarşısını alan tiranların sonunun şahidi olub. Bir yüksəkmənsəbli İsrail strateji analitikinin dediyi kimi, “Mursinin devrilməsindən sonra bütün analitik struktur sadəcə aşınmış oldu”. Suriya məsələsində isə hər kəsdən çox Türkiyə və Səudiyyə Ərəbistanı narazı qalıb. Onları qərarsızlıq və avantürizmin qəribə qarışığı bezikdirir. Belə ki, Obama Əsəd rejiminə qarşı duran əsas üsyançı qruplara öz məqsədlərinə çatmaq üçün vəsait verməməklə bu rejimlə bağlı məsələni bitirmək istəyir. Bununla birlikdə ABŞ ekstremist əhvali-ruhiyyəli cihadçıların fəaliyyəti üçün geniş meydan qoyur. Qahirə Moskva ilə mazaqlaşmaqda ikən, Türkiyənin baş naziri Ərdoğan Pekinə raket əleyhinə müdafiə sistemi alacağını vəd etməklə, onunla yaxın əlaqələr qurmağa çalışır. Halbuki bu sistem Ankaranın NATO-dakı müttəfiqlərinin texnikası ilə bir araya sığmır.

“Rusiya xarici işlər və müdafiə nazirlərinin Misirə səfəri Ənvər Sadatın Misirdən 20 min sovet hərbi məsləhətçisini qovmasından 41 il sonra baş tutub. Əgər burada dönüş anı varsa, onda qətiyyən aydın deyil ki, Misir və eləcə də Amerika ilə müttəfiqlikdən məyus olmuş Səudiyyə Ərəbistanı, Türkiyə, İsrail kimi dövlətər hara üz tutacaqlar?”

Səudiyyə Ərəbistanı isə öz növbəsində, təkəbbürlə ABŞ-la əlaqələrdə “vacib dəyişikliklərdən” danışır. Halbuki bu ölkələr arasında artıq 70 ildir ki alyans mövcuddur”.
Qəzetdə daha sonra qeyd edir ki, Rusiya yenidən Yaxın Şərq arenasına qədəm qoymaq ərəfəsindədir. O da qeyd edilir ki, ABŞ-ın İranla yaxınlaşma meyilləri də İsrail və Səudiyyə Ərəbistanı üçün dəhşət vəd edir: “Çünki onlar bu şiə islam dövlətinin onları təhdid etdiklərini hesab edirlər. Onlara yalnız İranın təslim olması lazımdır”.
O da bildirilir ki, bütün bu situasiyalar isə özlüyündə Rusiyanı bu bir-birilə qarşılıqlı əlaqəli olan konfliktlər qarşısında çətin vəziyyətdə qoyur.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info