Azad Mirzəcanzadənin 85 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans
Tarix: 21.11.2013 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, pedaqoq və ictimai xadim, akademik Azad Mirzəcanzadənin 85 illiyinə həsr olunmuş “Neft-qaz sahəsində qeyri-Nyuton sistemlər” mövzusunda Beynəlxalq elmi konfrans işə başlayıb.
AMEA Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) və Başqırdıstan Respublikası Elmlər Akademiyası (BREA) tərəfindən təşkil olunan ikigünlük beynəlxalq konfransda A.Mirzəcanzadənin tələbələri və elm xadimləri iştirak edirlər.
AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev tədbiri açaraq bildirib ki, görkəmli elm xadimi, texniki elmlər doktoru, akademik A.Mirzəcanzadənin Azərbaycanda neft sənayesinin inkişafında müstəsna xidmətləri olub. Unudulmaz alim ölkəmizin müasir inkişaf mərhələsində iqtisadiyyatın inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak edib.
ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə alimin həyat və elmi fəaliyyəti barədə ətraflı məlumat verərək vurğulanıb ki, Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan A.Mirzəcanzadə ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanıb. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmi səviyyədə araşdırılıb.
Alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri öz həllini tapıb. 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan A.Mirzəcanzadə elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirib. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə isə tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi.
Konfransda Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, energetika naziri, professor Natiq Əliyev, ADNA-nın rektoru, akademik Siyavuş Qarayev, BREA-nın prezidenti, akademik Ramil Baxtizin və Rusiya Təbiət Elmləri Akademiyasının birinci vitse-prezidenti, akademik Lida İvanitskaya çıxış edib, görkəmli alim haqqında xatirələrini paylaşıblar.
Çıxışlarda qeyd olunub ki, neft-qaz yataqlarının mexanikası, texnikası, texnologiyası və işlənməsi sahəsində fundamental elmin və bu sahədə mütəxəssislər hazırlanmasının əsasını qoymuş akademik A.Mirzəcanzadənin elmi rəhbərliyi ilə böyük meyilliklə dərin mailli quyuların qazılmasının, dənizdə və qurudakı yataqlardan mürəkkəb geoloji və geofiziki şəraitdə neft və qaz çıxarılmasının və nəql edilməsinin metodları işlənib. Eyni zamanda sinergetik prinsiplər əsasında neft yataqlarının işlənməsi və boru kəməri nəqlinin sistemli təhlili üzrə elmi işlərin nəticələri Azərbaycanla yanaşı, keçmiş İttifaqın bir sıra böyük neft rayonlarında - Tümen, Tatarıstan, Başqırdıstan və Qazaxıstanda tətbiq edilib. A.Mirzəcanzadənin Azərbaycan və dünya elminə verdiyi mühüm töhfələrdən biri də qeyri-Nyuton sistemlərinin hidrodinamikasının nəzəri əsaslarının işlənməsidir.
Beynəlxalq elmi konfrans işini bölmələr üzrə davam etdirib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info