Ukrayna Avropa Birliyi ilə saziş imzalamaqdan imtina etdi
Tarix: 21.11.2013 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasına hazırlıq prosesinin dayandırılması haqqında qərar qəbul edib.
“Ukrainskaya pravda” saytının məlumatına görə, qərar Rusiya Federasiyası və digər MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin itirilmiş istiqamətlərinin və istehsal həcminin bərpası üçün kompleks tədbirlərin daha dəqiq öyrənilməsi və işlənməsi məqsədilə qəbul olunub: “Dövlətin iqtisadi potensialının qorunması və möhkəmləndirilməsi məqsədilə Rusiya, Gömrük İttifaqının digər üzvləri və MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin canlanması üçün fəal dialoq bərpa edilməlidir”. Bundan başqa, daxili bazarın Ukrayna və Avropa Birliyi ölkələri arasında paritet münasibətləri təmin edəcək səviyyədə formalaşdırılması da qərarın məqsədlərindən biridir.
Baş nazir Nikolay Azarov Xarici İşlər Nazirliyi, İqtisad İnkişaf Nazirliyi və Sənaye Siyasəti Nazirliyinə tapşırıb ki, Rusiya və AB-yə bu məsələlərin işlənməsi üçün üçtərəfli komissiya yaradılmasını təklif etsinlər. Eyni zamanda adı çəkilən nazirliklərə ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi üçün MDB və Gömrük İttifaqı ölkələri ilə dialoqu bərpa etmək də həvalə olunub. Xatırladaq ki, AB assosiasiya sazişinin əsas şərti kimi sabiq baş nazir Yuliya Timoşenkonun həbsdən buraxılaraq xaricdə müalicəyə göndərilməsini tələb edirdi. Ukrayna rəhbərliyi əvvəlcə bu şərtə etiraz etməsə də, sonradan fikrindən daşınıb və Y. Timoşenko haqqında parlamentdə hazırlanan qanun layihələri hakimiyyətdəki Regionlar Partiyası və onun müttəfiqlərinin səsləri ilə rədd edilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”
19.02.2019
“Suriya və İraqdan qaçan terrorçular Əfqanıstanda terror xabı yaradır”
18.02.2019
Köçəryanın oğluna qarşı cinayət işi qaldırılıb
18.02.2019
Mer seçkisində Paşinyanın namizədi məğlub oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info