Britaniya Azərbaycana yeni sərmayələr yatıracaq
Tarix: 21.11.2013 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


“Azərbaycanla Böyük Britaniya arasında investisiya əlaqələri çox möhkəmdir, amma bizim neft və qaz sahəsindən başqa digər sahələrdə də edə biləcəyimiz daha çox şey var”. Bunu Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi, parlament üzvü Çarlz Hendri jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Azərbaycanın neft və qaz sektoruna birbaşa yatırımların yarıdan çoxu Böyük Britaniya tərəfindən qoyulub:
“Lakin qeyri-neft sahəsində də Böyük Britaniya Azərbaycana qoyulan yatırımlarda böyük paya malikdir. “Şahdəniz”in növbəti mərhələsi, kəmər strukturu ilə bağlı qərar Britaniyadan yeni sərmayələrin Azərbaycana yatırılması üçün yaxşı imkan olacaq. Biz bu cür qərarı verməyə hazır olan şirkətlərə böyük dəstək veririk və düşünürük ki, bu, iki ölkə arasında olan əlaqələrdə yeni dönüş nöqtəsi olacaq. Biz həmçinin digər ölkələrin şirkətlərinin Azərbaycana gəlməsini də görmək istəyirik”. Ç.Hendri əlavə edib ki, ikitərəfli əlaqələrdə daha bir vacib sahə İKT sahəsidir: “Dekabrda Bakıda bununla bağlı konfrans keçiriləcək və orada hökumət tərəfindən vacib sahələr müəyyən olunacaq”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info