Fransa-Azərbaycan əlaqələrinin inkişafından bəhs edən məqalə dərc olunub
Tarix: 22.11.2013 | Saat: 14:11:00 | E-mail | Çapa göndər


Parisdə gündəlik nəşr olunan nüfuzlu “La Tribune” qəzetinin 21 noyabr nömrəsində Fransa-Azərbaycan əlaqələrinin inkişafından bəhs edən məqalə dərc olunub.
“Fransa Azərbaycan ilə həqiqi maraqları üçün nə gözləyir” sərlövhəli məqalənin əvvəlində Fransanın xarici ticarət naziri Nikol Brikin Azərbaycana gözlənilən səfəri çox mühüm hadisə kimi dəyərləndirilir.
Müəllif, Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri, sabiq nazir Tierri Mariani qeyd edir ki, Cənubi Qafqaz ölkələri ilə müqayisədə Azərbaycan Fransada az tanınır. Hətta fransız şirkətləri çox zaman Qafqazda baş verən geosiyasi və iqtisadi hadisələri, Azərbaycanın iqtisadi potensialını düzgün qiymətləndirə bilmirlər. Amma real paradoks mövcuddur, Azərbaycan Qafqaz regionunun iqtisadi mərkəzi olmaqla, Gürcüstan və Ermənistan kimi qonşularını nəzərə çarpacaq dərəcədə qabaqlayır. Müstəqil diplomatiya yeridən Azərbaycan Qərbə açıq yol tutub.
Enerji təhlükəsizliyi baxımından Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır və təbii qazın nəqli məsələsində Avropa İttifaqının Rusiyadan asılılığını azaldar. Bakının zəngin “Şahdəniz” qazının Transadriatik boru kəməri vasitəsilə Albaniya və Yunanıstandan keçməklə İtaliyaya çatdırılması düzgün seçim olardı. Bununla da, Azərbaycan və Türkmənistan qazı “cənub dəhlizi” ilə Rusiyadan yan keçməklə Avropa ölkələrinin alternativ enerji strategiyasını təmin edəcək.
Müəllif Azərbaycan məhsullarının, əsasən də enerji sektoru sahəsindəki məhsulların idxalında Fransanın ikinci ölkə olmasını diqqətə çəkir, eyni zamanda, Azərbaycana məhsul göndərən ölkələr sırasında Fransanın Rusiya, Türkiyə, ABŞ, Almaniya və digər dövlətlərdən sonra doqquzuncu yerdə gəldiyini, ölkəmizdə Böyük Britaniyanın 300, Almaniyanın 100 şirkətinin fəaliyyət göstərdiyi halda Fransanın 50 şirkətinin çalışdığını təəssüf hissi ilə qeyd edir.
T. Mariani neft sektoru və iqtisadi inkişaf üçün əlverişli siyasi şərait hesabına 2005-2007-ci illər ərzində Azərbaycanın iqtisadiyyat tarixində yüksək sıçrayışını, ümumi məhsul istehsalı həcminin 23 və 35 faiz artdığını vurğulayıb.
Məqalədə ölkə iqtisadiyyatının inkişafının neftdən asılılığını azaltmaq məqsədilə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatı və ərzaq, infrastruktur və yüksək texnologiyanın inkişafına xüsusi diqqət yetirildiyi bildirilir.
Məqalədə, həmçinin iki milyondan çox əhalinin yaşadığı Bakıda şəhərsalma və tarixi abidələrin qorunması məsələsində Fransanın təcrübəsinin mühüm töhfə verəcəyi imkanları diqqətə çəkilir. Qeyd edilir ki, mədəni və siyasi baxımdan Fransa ilə Azərbaycan müəyyən məsələləri bölüşə bilər.
Həmvətənlərinin bəzilərinin Azərbaycanda insan haqlarını şübhə altına aldıqlarına cavab verən Tierri Mariani xalqlar arasında mədəni və iqtisadi əməkdaşlığın, siyasi dialoqun tama açıq olduğunu bildirir.
Avropanın enerji təhlükəsizliyinin alternativliyi məsələsində Azərbaycanın mühüm rolunun qeyd olunduğu məqalənin sonunda ölkəmizin Fransa üçün maraq doğurduğu və uzunmüddətli güclü ikitərəfli əlaqələrin yaradılmasının vacibliyi vurğulanır, xarici ticarət nazirinin səfərinin hər iki ölkə üçün faydalı olacağı və yeni imkanlar açacağı diqqətə çatdırılır.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info