Kürdəmirdə Yeni Azərbaycan Partiyasının 21-ci ildönümünə həsr olunmuş konfrans
Tarix: 22.11.2013 | Saat: 14:27:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci ildönümü münasibətilə Kürdəmir rayon Gənclər evində konfrans keçirilib.
Konfransın iştirakçıları əvvəlcə Heydər Əliyev parkında partiyanın yaradıcısı, Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzmüş, əziz xatirəsini ehtiramla yad ediblər.
YAP Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli çıxış edərək Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, Ulu Öndərin xilaskarlıq missiyasından, partiyanın cəmiyyətdə aparıcı rolundan danışıb.
YAP sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi, ictimai-mədəni sahələrdə qazanılan böyük uğurlardan bəhs edən A.Kərimli 2013-cü il prezident seçkilərində partiyanın vahid namizədi İlham Əliyevin xalqın mütləq səs çoxluğu ilə qələbəsindən iftixar duyduqlarını vurğulayıb. Qeyd olunub ki, bu qələbə xalqın ümummilli lider Heydər Əliyev siyasətinə, onun siyasi varisi Prezident İlham Əliyevə dəstəyinin, inamının bariz nümunəsidir.
Konfransda YAP rayon təşkilatının şura üzvü Qasım Hüseynov “21 illik şərəfli yol”, gənclər birliyinin sədri Namiq Tarverdiyev “Yeni Azərbaycan Partiyası zəngin irs, güclü lider deməkdir”, qadınlar şurasının sədri Elmira Şıxəliyeva “Yeni Azərbaycan Partiyası qələbələr, uğurlar partiyasıdır”, Əməkdar Müəllim Rəfail Məmmədov “Yeni Azərbaycan Partiyası yaşayacaq, inkişaf edəcək, xalqımızı xoşbəxt gələcəyə aparacaq” mövzularında məruzə ediblər.
Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev Heydər Əliyevin öz xalqı qarşısında misilsiz xidmətlərindən, YAP-ın yaranması zərurətindən danışıb.
Sonda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info