ABŞ-ın İndiana Universitetində Azərbaycanla bağlı tədbir və sərgi keçirilib
Tarix: 22.11.2013 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov İndiana ştatına səfəri çərçivəsində Bluminqton şəhərində yerləşən İndiana Universitetində geniş auditoriya qarşısında çıxış edib.
E.Süleymanov Azərbaycanın dövlətçilik ənənələrindən bəhs edərək Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, Şərqdə ilk parlamentli respublikanın ölkəmizdə yaradılmasından, qadınlara səsvermə hüququnun verilməsindən danışıb. Müstəqilliyini bərpa etdikdən keçən 22 il ərzində Azərbaycanın beynəlxalq arenada nüfuzunun getdikcə daha da artdığını bildirən səfir ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin buna bariz nümunə olduğunu qeyd edib.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra enerji sektorunda köklü dəyişikliklərin baş verdiyini və enerji diplomatiyasının ilkin rüşeymlərinin formalaşdığını bildirən səfir bu xüsusda 1994-cu ildə imzalanmış “Əsrin müqaviləsi” barədə məlumat verib. O, ABŞ hökumətinin regionla bağlı ən uğurlu layihəsi olan bu müqavilənin dövrün reallıqları fonunda ümummilli lider Heydər Əliyevin uzaqgörən strateji baxışının nəticəsi olduğunu bildirib. Həmin müqavilə ilə Xəzər dənizinin Qərbə açıldığını bildirən səfir Azərbaycanın enerji diplomatiyasının əsasında enerji resurslarının nəqli yollarının şaxələndirilməsinin mühüm amil olduğunu deyib. Diplomat Azərbaycanın hazırkı uğurlu iqtisadi inkişafının təsadüfi deyil, ölkə rəhbərliyinin düzgün strategiyasının göstəricisi olduğunu əlavə edib. Hazırda dünya enerji bazarında təbii qazın nəqlinin daha aktual olduğunu qeyd edən səfir bu xüsusda gündəmdə olan layihələrə toxunub, xüsusilə “Cənub” qaz dəhlizi layihəsi barədə məlumat verib və bu layihələrin regional inteqrasiyaya öz töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd edibr. Ümumilikdə reallaşdırılan layihələrin Azərbaycanla yanaşı, Türkiyəni də vacib tranzit dövlətinə çevirdiyini, Gürcüstanın isə sosial iqtisadi rifahında mühüm rol oynadığını qeyd edən səfir ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminində önəmli rol oynamasından bəhs edib.
E.Süleymanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək ABŞ-ın da həmsədrlərindən biri olduğu Minsk qrupunun vasitəçilik səyləri çərçivəsində problemin ədalətli həllini tapmasının Azərbaycan və erməni xalqlarının ümumi rifahına xidmət edəcəyini və regionun daha da inkişafı üçün yeni perspektivlər açacağını deyib. Hərtərəfli regional inteqrasiyaya mane olan əsas amilin Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirən səfir bu problemin ən qısa zamanda həllinin bütün region dövlətləri üçün çox faydalı olacağını bildirmiş və Ermənistan hakimiyyətinin tezliklə qeyri-konstruktiv mövqeyindən əl çəkib erməni xalqının rifahına və ümumilikdə regionun parlaq gələcəyinə hesablanmış addım atacağına ümidvar olduğunu deyib.
Tədbirdən sonra təşkil olunmuş ziyafətdə “Molla Nəsrəddin” jurnalının müxtəlif buraxılışlarından ibarət sərgi nümayiş etdirilib.
Səfər çərçivəsində səfir E.Süleymanov İndiana Universitetinin rəhbərliyi, həmçinin rektoru Maykl Makrobi ilə görüşüb və potensial əməkdaşlıq sahələrinə dair geniş müzakirələr aparılıb.
1820-ci ildə yaradılmış İndiana Universiteti ABŞ-ın ən nüfuzlu ali təhsil ocaqlarından biridir. Universitetdə türk dünyası ölkələri üzrə mərkəz yaradılmışdır və burada müxtəlif türkdilli xalqların adət-ənənələri, tarixi, mədəniyyəti, eləcə də dili öyrədilir.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info