“Elektron hökumət” portalı əcnəbilər üçün yeniliklər təqdim edir
Tarix: 22.11.2013 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Artıq “Elektron hökumət” portalı ölkəmizin vətəndaşları ilə bərabər, xarici ölkə vətəndaşlarına da elektron xidmətlərin göstərilməsinə şərait yaradır. Belə ki, “Elektron hökumət” portalına (www.e-gov.az) “Qeyri-rezident” adlı yeni bölmə əlavə edilib. “Qeyri-rezident” bölməsində ilk olaraq üç dövlət qurumu - Xarici İşlər Nazirliyi, Diasporla İş Üzrə Dövlət Komitəsi, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz elektron xidmətlərini yerləşdirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin təqdim etdiyi elektron xidmət KİV nümayəndələri üçün nəzərdə tutulub. Sözügedən elektron xidmət “Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu” adlanır. Bu xidmət xarici KİV nümayəndələrinin Azərbaycana səfər etməzdən öncə akkreditasiya üçün zəruri olan sənədləri təqdim etməklə akkreditasiyasının XİN tərəfindən təmin edilməsi məqsədilə xarici KİV nümayəndəsinin müraciətinin araşdırılmasını, həyata keçirilməsini və cavablandırılmasını əhatə edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət istənilən ölkənin vətəndaşı üçün daim aktual bir məsələ ilə bağlıdır və bu, “Ölkələrarası övladlığa götürmə üçün müraciətin və sənədlərin qəbulu” adlanır: “Bu e-xidmət Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulub.
Diasporla İş Üzrə Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət isə xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub və bu xidmət “Xaricdə yaşayan azərbaycanlıların elektron müraciəti” adlanır. Bu xidmət vasitəsilə Azərbaycandan kənarda yaşayan həmyerlilərimiz onları maraqlandıran istənilən məsələni elektron müraciət formasında Diasporla İş Üzrə Dövlət Komitəsinə yaza bilərlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info