KİV-in bank və kredit təşkilatları ilə əlaqələri gücləndirilir
Tarix: 22.11.2013 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Bərdə şəhərində “Bank-kredit məsələləri: regional KİV-lər və ictimaiyyət” mövzusunda tədbir keçirilib.
Zərdabi Mətbuat Mərkəzinin və “KredAqro” Bank Olmayan Kredit Təşkilatının (BOKT) birgə layihəsi çərçivəsində keçirilən tədbirdə kütləvi informasiya vasitələrinin, bank və kredit təşkilatlarının nümayəndələri iştirak edib.
Tədbiri Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya açaraq layihənin əhəmiyyətindən danışıb. Zərdabi Mətbuat Mərkəzinin sədri, Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə rəhbərlik etdiyi mərkəz haqqında məlumat verərək bildirib ki, təşkilat indiyədək iyirmiyə yaxın beynəlxalq və yerli layihə reallaşdırıb. 2012-ci ilin aprelindən başlayaraq “KredoAqro” BOKT ilə birgə layihələr həyata keçirir. Ötən ilin doqquz ayı ərzində Bakı şəhərində dəyirmi masalar, görüşlər təşkil edilmiş, monitorinqlərin nəticələri açıqlanıb. Bundan başqa layihə çərçivəsində Şəki, Lənkəran və Quba rayonlarında da tədbirlər keçirilib. Nəticədə bu rayonlarda KİV və bank-kredit sektoru arasında əlaqələr xeyli yaxşılaşıb. Belə ki həmin müddətdə 31 kütləvi informasiya vasitəsində bank-kredit sektoru ilə bağlı 4210 yazı verilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. 2013-cü ilin 9 ayında isə qəzetlər bu sektora dair 2176, informasiya agentlikləri 4237 material verib, analitik yazıların sayı 727-yə çatıb.
“KredoAqro” BOKT-nin departament rəhbəri Zaur Əliyev təmsil etdiyi təşkilatın fəaliyyət dairəsi və qazandığı uğurlardan danışıb. Bildirib ki, təşkilat “Consultinq Business” işgüzar jurnalı tərəfindən 2012-ci ilin “Bank olmayan kredit təşkilatı” nominasiyasının qalibi kimi “İlin şirkəti” mükafatına layiq görülüb. Bu dəyərləndirmədə təşkilatın media ilə əlaqələrinin nə dərəcədə qurulması da nəzərə alınıb.
Diskussiya şəklində davam edən tədbirdə KİV-lərin və bank-kredit təşkilatlarının təmsilçiləri qarşılıqlı əməkdaşlıqla bağlı rəy və təkliflərini bildiriblər. Qeyd olunub ki, belə tədbirlərin bölgələrdə keçirilməsi həm media, həm də bank-kredit sahəsi üçün böyük əhəmiyyətə malikdir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info