Türkiyənin Eskişehir şəhərində Türkdilli ölkələrin təhsil nazirlərinin II toplantısı keçirilib.
“Eskişehir-türk dünyasının 2013-cü il mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində keçirilmiş toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov, Qırğızıstanın təhsil və elm naziri Kanat Sadıkov, Qazaxıstanın Elm Komitəsinin sədri Nurlan Yıbırdım, Türkiyə milli təhsil naziri müavininin köməkçisi Salih Çelik iştirak ediblər.
Toplantıda türk dünyası xalqlarının təhsil sahəsində əməkdaşlığının perspektivləri, kadr mübadiləsi, universitetlərin həyata keçirəcəyi birgə layihələr müzakirə edilib. Ortaq tarix kitablarının yazılması və nəşri də qəbul olunan mühüm qərarlar arasındadır.
Toplantının sonunda Eskişehir Bəyannaməsi qəbul olunub.
Türkdilli ölkələrin təhsil nazirləri toplantısının iştirakçıları Eskişehir valisi Güngör Tuna ilə görüşüblər.
|