ADA-da Almaniya parlament təqaüdü proqramının təqdimatı olub
Tarix: 22.11.2013 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Noyabrın 22-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Almaniya Bundestaqının Beynəlxalq parlament təqaüdü proqramının (IPS) təqdimatı olub.
Bundestaqın deputatı Bernhard Şulte-Drüggeltenin rəhbərliyi ilə nümayəndə heyəti tədbirdə iştirak edib.
Deputat proqram haqqında tələbələrə məlumat verərək demişdir ki, Almaniya Bundestaqı sədrinin himayəsi ilə həyata keçirilən proqram Berlində fəaliyyət göstərən üç universitet ilə birlikdə təşkil olunub. Yol, yaşayış və sığorta xərcləri daxil olmaqla bütün məsrəflər Almaniya Bundestaqı tərəfindən ödənilir.
Qeyd olunmuşdur ki, hər ilin dekabrından başlayaraq Almaniyanın Azərbaycandakı səfirliyində IPS proqramında iştirak etmək üçün sənəd qəbulu başlayır.
Proqram haqqında daha ətraflı məlumatı http://www.bundestag.de/ips internet səhifəsinə daxil olmaqla əldə etmək mümkündür.
Bildirilib ki, İPS çərçivəsində hər il 28 ölkədən ümumilikdə 120 təqaüdçüyə 5 ay ərzində - 2014-cü il martın 3-dən 2014-cü il iyulun 31-dək Almaniya Bundestaqı tərəfindən verilən təqaüd hesabına ölkənin parlament sistemi ilə tanış olmaq imkanı yaradılır.
Diqqətə çatdırılmışdır ki, proqramın məqsədi siyasi və demokratik qərarvermənin bilavasitə şahidi olmağa imkan yaratmaqdır. Seçiləcək təqaüdçülər bu müddətdə Bundestaq deputatının ofisində işləyirlər, həmçinin Berlin universitetlərinin birində təhsil alırlar. Bundan başqa, onlar əlavə mühazirələr və təhsil tədbirlərində iştirak edə bilirlər.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info