“Vatican Insider”: “Avropada xristianlara qarşı nifrət artır”
Tarix: 22.11.2013 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Bu qitədə dini və irqi zəmində baş vermiş cinayətlərin
statistikası da bunu göstərir


İtaliyanın "Vatican Insider" nəşri Avropada dini və irqi zəmində cinayətlərin artdığı barədə faktları əks etdirən maraqlı bir yazı yazıb. Yazıda qeyd edilir: “1700 il bundan öncə bütün Roma vətəndaşlarına istədiyi dinə sitayiş etmək azadlığı (İstər xristianlıq, istərsə də digər dinlərə sitayiş etmək azadlığı) verildi. Amma bu fərmandan sonra kilsə və qəbiristanlıqlara qarşı həqarət, inanc simvollarına qarşı basqınlar, talanlar, təhdidlər, vandalizm aktları başladı”.
Daha sonra qeyd edilir ki, Avropada xristianlara qarşı zorakılıq təzahürləri barədə həyəcan təbili çalınır: “Az öncə ATƏT-in institutlarından biri olan insan haqları üzrə demokratik institutlarla bağlı Büro “nifrət zəminində cinayətlər” üzrə hesabat açıqlayıb. Orada qeyd edilir ki, vandalizm aktlarının simvolik əlamətləri, kultlara, qəbiristanlıqlara və dini abidələrə qarşı həqarətin səviyyəsi ona dəlalət edir ki, dövlətlər bu əməlləri törədənləri cəzasız qoymamalıdır. Bu zəmində zorakılıq aktı törədənlər, mülkiyyətə zərər vuranlar cəzalarını almalıdırlar. Qeyd edək ki, məruzədə ATƏT-ə üzv dövlətlərin hökumətləri, beynəlxalq və qeyri-hökumət qurumlarının verdikləri məlumatlar istifadə edilib. Orada 2012-ci ildə baş vermiş cinayətlərin etnik, rasist və dini olmaqla təsnifatı aparılır. Ksenofobiya və rasizm nəticəsində baş vermiş cinayətlərlə birgə sənəddə yəhudilərə, qaraçılara, sintilərə(Qaraçıların qərb budaqlarından biri), müsəlmanlara, xristianlara və digər din mənsublarına qarşı törədilmiş cinayətlər də qeyd edilir.
Bildirilir ki, 2012-ci ildə Finlandiyada hüquq-mühafizə orqanları 52 cinayəti qeydə alıblar. Bu cinayətlər dini nifrət zəminində olub. Onlardan biri ölüm, 15-i hücum, 8-i isə təhdid olub. Almaniyada isə təkcə ötən il 414 bu zəmində cinayət qeydə alınıb. Böyük Britaniya, Uels və Şimali İrlandiyada 1543, təkcə Şotlandiyada isə 687 bu cür cinayət qeydə alınıb. Bunlardan 258 cinayət antidin zəminində baş verib, 200-ü xristianlara qarşı törədilib. Murdarlama aktları Xorvatiyada, Polşada, Slovakiyada qeydə alınıb. Almaniyada 19 kilsə və qəbiristanlığa qarşı bu cür murdarlama aktı göstərilir. Onlar arasında bir obyekt pravoslav, 3 protestant, 10 isə katolik mənşəlidir. Almaniyada kilsələrə qarşı digər 16 cinayət hadisəsini isə polislər nifrət zəminində baş vermiş hesab etməyiblər.
Müqəddəs Taxt-Tac Avstriyada bir gecədə 3 kilsənin yandırılması cəhdi, 74 murdarlama aktını aydınlaşdırıb.
Avstriya hökuməti hesab edib ki, bu cinayətlər dini motivdə baş verməyib. Bundan başqa Macarıstanda 89 kilsə murdarlanması aktı baş verib. Fransada da bu cür akt həyata keçirilib. Bundan başqa Fransada dörd qəbiristanlıqda 130 qəbir murdarlanıb. İtaliyada da 15 kilsə murdarlanması hadisəsi, 7 qəbiristanlıq murdarlanması, həmçinin meydandakı Mövlud səhnəsində murdarlanma baş verib”.
Bundan başqa digər ölkələrdə də sözügedən motivdə baş verən cinayətlər sadalanır. Bütün bunlar Avropada dini, və irqi dözümsüzlüyün artıq qabarıq şəkildə özünü büruzə verdiyini göstərir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info