Qaçaqmalçılıq hallarının qarşısı vaxtında alınır
Tarix: 22.11.2013 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatına görə, son zamanlar bəzi cinayətkar ünsürlər tərəfindən ölkəmizə partlayıcı maddələrin gətirilməsinə cəhd göstərilir. Lakin respublikamızın gömrük orqanları bu kimi qaçaqmalçılıq hallarının qarşısını vaxtında alır, mütəmadi olaraq operativ əməliyyat tədbirləri həyata keçirir.
Belə ki, bu günlərdə Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən, keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda partlayıcı maddə olan barıtın gətirilməsinin qarşısı alınıb.
Respublikamızın şimal sərhəddindən-Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Eyvazov Qəşəm Durbala oğlu tərəfindən idarə olunan “İkarus-256” markalı, 50 BN 073 nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı iki ədəd arxa sağ və bir ədəd arxa sol işlək təkərlərin içərisindən gömrük nəzarətindən gizlədilmiş 140 kiloqram partlayıcı maddə-barıt aşkar olunaraq götürülüb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.





 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info