Əli Abbasov: “Telecom World-2013” sərgisi Azərbaycan şirkətləri üçün yaxşı fürsətdir”
Tarix: 22.11.2013 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, noyabrın 19-da Tailandın paytaxtı Banqkokda işə başlayan Beynəlxalq Telekommunikasiya İttifaqının “İTU Telecom World-2013” sərgi-konfransı başa çatıb.
Dünyada telekommunikasiya sahəsində ən böyük sərgi-konfranslardan hesab olunan bu tədbirdə Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətinin tərkibinə ölkəmizdə fəaliyyət göstərən informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin və qeyri-hökumət təşkilatlarının təmsilçiləri daxildir. Sərginin davam etdiyi günlərdə ölkəmizdə İKT sahəsində qazanılan uğurları, həyata keçirilən layihələri və perspektiv planları əks etdirən 156 kvadratmetr ölçüdə milli pavilyonumuz fəaliyyət göstərib. Pavilyonu ziyarət edənlərə ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələr, o cümlədən “Azerspace”, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), “Elektron hökumət” həlləri, “Dilmanc” layihəsi, nanotexnologiyalar, rəqəmli televiziya, son mobil texnologiyalar olan “3G” və “4G” xidmətləri, eyni zamanda, ölkədə elm və texnologiyalar sahəsində ən son nailiyyətlər barədə məlumat verilib.
Konfrans çərçivəsində nazirlər səviyyəsində dəyirmi masa keçirilib. Bundan başqa, Azərbaycan nümayəndə heyətinin üzvləri “Məlumatlar dalğasında”, “Tənzimləmənin konvergensiyası”, “Şəbəkənin virtuallaşdırılması və s. mövzularda bölmə iclaslarında iştirak ediblər. Tədbir zamanı “Mobil texnologiyalar və müəssisədə əməyin səmərəliliyi”, “Rəqəmli dünyada vətəndaşların şəxsi həyatının təhlükəsizliyinin təmin edilməsi”, “21-ci əsrdə İKT-nin təhsil sahəsində əhəmiyyəti ”, “ “Bulud mobil şəbəkələr”, “Birgə qlobal standartların hazırlanması” və digər mövzular ətrafında müzakirələr təşkil olunub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri nazir Əli Abbasov Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture, Tailandın informasiya və kommunikasiya texnologiyaları naziri Anudit Nakorntap, Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzay Sangin, İranın rabitə naziri Mahmud Vazizi, habelə Dominikan Respublikasının, Uqandanın müvafiq nazirliklərinin rəhbər şəxsləri ilə görüşüb. Görüşlərdə tərəflər arasında müvafiq sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı və genişlənməsi, xarici şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunun təşviqi, habelə Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışı imkanları müzakirə olundu, qarşı tərəf dekabrda paytaxtımızda keçiriləcək “BAKUTEL” sərgisinə dəvət olunub.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “İTU Telecom World” sərgi-konfransını şərh edərkən bildirib ki, müzakirələrdə və görüşlərdə Azərbaycanın regional layihələrinə böyük maraq göstərilib. Bundan başqa, sərgi-konfrans Azərbaycan şirkətlərinin yeni bazarlara, xüsusən də Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələrinə çıxış imkanlarının öyrənilməsi üçün yaxşı fürsət olub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info