MDB Əmək, Miqrasiya və Əhalinin Sosial Müdafiəsi Məşvərət Şurasının iclası keçirilib
Tarix: 22.11.2013 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtında MDB Əmək, Miqrasiya və Əhalinin Sosial Müdafiəsi Məşvərət Şurasının 26-cı iclası keçirilib.
İclasda Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov iştirak edib.
Rusiyanın əmək və əhalinin sosial müdafiəsi naziri Maksim Topilin MDB ölkələrinin nümayəndələrini salamlayaraq, Məşvərət Şurasının gündəliyinə daxil edilmiş məsələlər barədə məlumat verib. Nazir bildirib ki, görüşdə əvvəl qəbul edilmiş qərarların icrasının gedişi müzakirə olunacaq, MDB ölkələrində əmək və sosial müdafiə sahəsində vəziyyət və həyata keçirilən tədbirlər, kadr hazırlığının təkmilləşdirilməsi, sosial və demoqrafik siyasət sahəsində razılaşdırılmış konsepsiyanın həyata keçirilməsi üzrə tədbirlər planının layihəsi, gələcək əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov çıxışında Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar və onların uğurlu nəticələri barədə məlumat verib. N.Məmmədov Azərbaycanda dövlət siyasəti sayəsində respublikamızda iqtisadi tərəqqi tempinin davamlı xarakter aldığını konkret faktlar əsasında diqqətə çatdırıb. O, Azərbaycanda sosial müdafiə işinin gücləndirilməsi, yoxsulluğun aradan qaldırılması, işsizliyin ləğvi, miqrasiya proseslərinin tənzimlənməsi sahələrində görülən işlər və onların müsbət nəticələri barədə danışıb.
İclasda MDB ölkələrinin sosial müdafiə sahəsində müvafiq nazirliklərinin rəhbərləri və beynəlxalq ekspertlər iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info