“Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi Tovuzda
Tarix: 22.11.2013 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilati dəstəyi ilə Tovuz şəhərində “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində növbəti tədbir keçirib. Gənclərin iştirakı ilə keçirilən tədbir Azərbaycanın dövlət himninin oxuması ilə başlayıb.
Tədbirdə çıxış edən TUMİB-in sədri Çingiz Bayramov bildirib ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik və azərbaycançılıq ideologiyası ilə bağlı geniş informasiya yaymaq və bu sahədə təcrübəni bölüşmək, dövlətin və millətin mənafeyini uca tutmaq hissləri aşılamaqdır. Tədbirdə yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi üçün həyata keçirilən tədbirlərdən də söhbət açılıb. Məlumat verilib ki, layihə çərçivəsində rəsm, şeir və mahnı müsabiqələri, gənc jurnalistlər arasında isə yazı müsabiqəsi keçirilib.
Daha sonra Jurnalist Araşdırmalar İctimai Birliyinin sədri Seymur Verdizadə, “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov, Tovuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov və başqaları çıxış edərək gənclərə öz tövsiyələrin veriblər. Qeyd olunub ki, Azərbaycan dövlətinin daha da güclənməsi naminə gənc nəslin milli ruhda yetişməsinə kömək etmək hər kəsin, xüsusən ziyalıların vətəndaşlıq borcudur.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmiş, bir qrup fəal gəncə TUMİB-in diplomu təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info