“İranın nüvə məsələsi bir gecədə həll oluna bilməz”
Tarix: 23.11.2013 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


“İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri çox intensiv keçdi”. Bunu Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann bildirib.
Onun sözlərinə görə, tərəflər danışıqlar zamanı detallarla bağlı ətraflı fikir mübadiləsi aparıblar: “Biz mühüm məsələləri, xüsusilə əsl mübahisəli mövzuları müzakirə etdik. Bildiyiniz kimi, İranın bundan əvvəlki hökumətinin zamanında da nüvə danışıqları aparılırdı. Ancaq həmin danışıqlar real müzakirələr deyildi. Bu dəfə Cenevrədə üç tur müzakirə baş tutub və danışıqlar da həqiqi olub. Biz detallara ətraflı şəkildə daxil olduq. Ona görə də əvvəlki müzakirələrlə müqayisədə indi vəziyyət çox yaxşıdır”. M.Mann deyib ki, İranın nüvə məsələsi on ildir müzakirə olunur: “Ona görə də bu məsələ bir gecədə həll oluna bilməz. Əlbəttə, bu məsələnin həlli xeyli vaxt alır. Çünki bu, çox mürəkkəb bir məsələdir. Bir gecədə möcüzə baş verməyəcək. Ona görə də mübahisəli məsələləri azaltmaq və məsafəni qət etmək üçün fəal şəkildə işləməliyik. Gerçək olan budur ki, biz əsas məsələlərlə bağlı danışıqlar aparırıq. Əvvəlki müzakirələrdə mühüm bir şey baş vermədiyini nəzərə alsaq, hazırkı danışıqlarda irəliləyiş olduğunu deyə bilmərik”.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info