Riqada ticarət mərkəzinin çökməsi nəticəsində ölənlərin sayı artır
Tarix: 23.11.2013 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Latviyanın paytaxtı Riqa şəhərindəki “Maxima” ticarət mərkəzinin dam örtüyünün uçması nəticəsində ölənlərin sayı 40-çatıb. Həlak olanların üçü xilasedici, üçü isə mağaza işçisidir.
Bildirilir ki, mağazanın damında yaşıllaşdırma işləri aparmaq nəzərdə tutulub. Lakin materiallar daşıyıcı konstruksiyalar üzərində yerləşdirilmədiyinə görə təhlükəsizlik qaydaları pozulub. Latviya dövlət başçısı Andris Berzinş xüsusi müraciətində ticarət mərkəzinin çökməsini ağlasığmaz faciə adlandırıb. Prezident bildirib ki, faciənin nəticələrinin aradan qaldırılmasına şəxsin özü nəzarət edir və bu işə görə məsuliyyət daşıyan adamlarla daim əlaqə saxlayır.
Xilasedicilərin proqnozlarına görə, dağıntıların təmizlənməsi bir neçə gün vaxt aparacaq. Dağıntıların sahəsi 500 kvadratmetrdən çoxdur. Dövlət Qan Donorları Mərkəzi Latviya sakinlərinə müraciət edərək zərərçəkənlərə qan vermələrini xahiş edib. Qeyd edək ki, Azərbaycan Prezidenti baş vermiş faciə ilə əlaqədar Latviya Prezidenti Andris Berzinşə başsağlığı verib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info