Azərbaycan beynəlxalq iqtisadi forumda iştirak edəcək
Tarix: 25.11.2013 | Saat: 14:15:00 | E-mail | Çapa göndər


Azərbaycan nümayəndə heyəti noyabrın 28-29 tarixlərində Kazanda keçiriləcək "Avrasiya iqtisadi inteqrasiyası: nailiyyətlər və problemlər" mövzusunda iqtisadi forumda iştirak edəcək. “Palitra”nın məlumatına görə, bu barədə Tatarıstanın İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, forumda Rusiya Dövlət Duması Federal Məclisinin sədri Sergey Narışkin, Avrasiya inteqrasiya proseslərinin iştirakçısı olan dövlətlərin qanunverici və icraedici orqanlarının nümayəndələri, Rusiya, Belarus və Qazaxıstandan ekspertlər, alimlər, siyasətçilər, eləcə də MDB və Aİ ölkələrindən müşahidəçilər iştirak edəcəklər.
Məlumatda deyildiyi kim, bundan başqa forumda MDB-nin bəzi ali ekspert təşkilatlarının nümayəndələrinin iştirakı planlaşdırılır. Eləcə də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) ekspertləri iştirak edəcəklər.
Forum çərçivəsində dövlətlər arasında beynəlxalq səviyyədə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, eləcə də intellektual mülkiyyət bazarının inkişafı, postsovet məkanında inteqrasiya əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Aksam.com.tr”: “Azərbaycan 2019-cu ildə TANAP ilə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır”
23.01.2019
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
23.01.2019
Azərbaycan Prezidenti İlham Əliyevlə İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
23.01.2019
BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq
23.01.2019
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info