Bir sıra dövlət standartları təsdiq edilib
Tarix: 25.11.2013 | Saat: 14:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir sıra yeni standartlar təsdiq edilib.
“Palitra”nın Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Komitə tərəfindən AZS İSO/İEC 14496-1-2013 "İnformasiya texnologiyaları. Audio-vizual obyektlərin kodlaşdırılması. Hissə 1. Sistemlər", AZS ETSİ EN 302 296-2-2013 "Elektromaqnit uzlaşması və radiotezlik məsələləri (ERM); Yerüstü Rəqəmli Televiziya Yayım (DVB-T) xidmətləri üçün verici avadanlıqlar; Hissə 2. R&TTE Direktivinin 3.2-ci maddəsinin əsas tələblərini əhatə edən EN harmonizasiya olunmuş standart", AZS 753-2013"Xilasetmə dairələri. Ümumi texniki şərtlər" və AZS 754-2013 "İnformasiya, kitabxana və nəşriyyat işi üzrə standartlar sistemi. Biblioqrafik yazı. Biblioqrafik təsvir. Ümumi tələblər və tərtib qaydaları" dövlət standartları təsdiq edilib.
AZS İSO/İEC 14496-1-2013 "İnformasiya texnologiyaları. Audio-vizual obyektlərin kodlaşdırılması. Hissə 1. Sistemlər" standartı interaktiv audio-vizual kadrlar kommunikasiya sistemini, sistem səviyyəsində funskinallığını muəyyən edir.
AZS ETSİ EN 302 296-2-2013 "Elektromaqnit uzlaşması və radiotezlik məsələləri (ERM); Yerüstü Rəqəmli Televiziya Yayım (DVB-T) xidmətləri üçün verici avadanlıqlar; Hissə 2. R&TTE Direktivinin 3.2-ci maddəsinin əsas tələblərini əhatə edən EN harmonizasiya olunmuş standart"ı isə yerüstü rəqəmli televiziya yayım xidmətləri üçün verici avadanlıqlara tətbiq olunur. Normativ sənəddə bu avadanlıqlara qoyulan tələblərin xüsusiyyətləri, texniki tələblərə uzlaşma üçün testlər haqqında informasiyalar mövcuddur.
AZS 753-2013 "Xilasetmə dairələri. Ümumi texniki şərtlər" dövlət standartı gəmilərdə, üzən vasitələrdə və sahil məntəqələrində istifadə edilən xilasetmə dairələrinə şamil edilir. Standart "Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiyanın III qaydasının (1983-cü ildə dəyişikliklər edilmiş)" tələblərinə uyğundur. Normativ sənəddə xilasetmə dairələrinin ölçüləri, xilasetmə dairələrinə aid texniki tələblər, sınaq üsulları, markalanma, qablaşdırma, nəqletmə və saxlanma, istehsalçıların zəmanətləri haqqında informasiyalar mövcuddur.
AZS 754-2013 "İnformasiya, kitabxana və nəşriyyat işi üzrə standartlar sistemi. Biblioqrafik yazı. Biblioqrafik təsvir. Ümumi tələblər və tərtib qaydaları" dövlət standartı sənədin, onun bir hissəsinin və ya sənədlər toplusunun biblioqrafik təsvirinin tərtibi qaydası (biblioqrafik təsvirin ünsürləri və sahələrin məcmusu, onların ardıcıllıqla verilməsi, ünsürlərin düzgün təqdim edilməsi, ixtisarların düzgün verilməsi) və ümumi tələbləri müəyyən edir. Standart kitabxanalar, elmi-texniki informasiya orqanları, dövlət biblioqrafiya orqanları, naşirlər, biblioqrafik fəaliyyəti həyata keçirən digər təşkilatlar tərəfindən tərtib edilən sənədlərin təsvirində tətbiq edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info