Akif Əlizadə Bakı Ali Neft Məktəbində olub
Tarix: 25.11.2013 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Noyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini, akademik Akif Əlizadə Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə heyəti ilə görüşüb.
BANM-ın mətbuat xidmətindən bildiriblər ki, qonağı salamlayan məktəbin rektoru Elmar Qasımov görüşün ölkə ictimaiyyətinin bu günlərdə geniş şəkildə qeyd etdiyi əlamətdar bir tarixə - ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 21-ci ildönümünə təsadüf etdiyini xüsusilə qeyd edib. O, YAP-ın Azərbaycanın inkişafının aparıcı qüvvəsi olduğunu vurğulayıb və 21 il ərzində partiyanın müasir Azərbaycanın dinamik inkişafının təmin olunmasında əvəzsiz rol oynadığını deyib.
E.Qasımov Prezident İlham Əliyevin elmin və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini, Bakı Ali Neft Məktəbinin yaranmasının bunun əyani təzahürü olduğunu vurğulamış, məktəbin yaranma tarixindən və iki illik fəaliyyəti ərzində əldə etdiyi uğurlardan danışıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə iki ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq ölkə ictimaiyyəti arasında nüfuz qazanıb və ali təhsil müəssisələrinin reytinq cədvəlində mütləq lider olan müasir tipli ali məktəbin kollektivi ilə görüşdən məmnun olduğunu söyləyib və kollektivi əldə etdikləri uğurlara görə təbrik edib. Akademik BANM ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Neft-kimya Prosesləri İnstitutu və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutu arasında bağlanacaq razılaşmaların elmi-tədqiqat işlərinin nəticələrinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib, gələcəkdə akademiyanın digər qurumları ilə də əməkdaşlıq əlaqələrinin yaradılmasının vacib olduğunu və rəyasət heyəti tərəfindən belə təşəbbüslərə hərtərəfli dəstək veriləcəyini qeyd etmişdir. Sonra həmin institutlar ilə BANM arasında əməkdaşlıq haqqında razılaşmalar imzalayıblar.
Tədbirin sonunda akademik Akif Əlizadəyə BANM-ın “Fəxri qonağı” diplomu təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info