KOICA Füzulidəki uşaq bağçasına yardım edib
Tarix: 25.11.2013 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyinin və Koreya Məzunları Assosiasiyasının (KOAZ) təşkilatçılığı ilə bir qrup könüllü Füzuli rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 6 saylı Qayıdış qəsəbəsindəki 1 saylı uşaq bağçasında olublar.
Azərbaycanın ən həssas bölgələrindən birində yaşayan insanların, xüsusilə uşaqların vəziyyəti ilə tanışlıq, onlara mənəvi və maddi dəstək göstərmək məqsədi daşıyan missiyada iştirak edən könüllülər uşaq bağçasına ərzaq, yataq dəstləri, oyuncaq, qızdırıcı avadanlıqlar da daxil olmaqla müxtəlif hədiyyələr təqdim ediblər.
Bağçada keçirilən görüşdə çıxış edən KOICA-nın ölkəmizdəki ofisinin rezident nümayəndəsi Kim Eun Suk qurumun fəaliyyəti barədə məlumat verib, bu cür humanitar tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib. KOAZ-ın sədri Lalə Əhmədova, uşaq bağçasının müdiri və valideynlər Kim Eun Suka və KOICA nümayəndəliyinə humanitar fəaliyyətə görə minnətdarlıq ediblər.
Qeyd edək ki, KOICA 1991-ci ildə inkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramları həyata keçirmək məqsədi ilə Koreya Xarici İşlər və Ticarət Nazirliyinin nəzdində yaradılmış dövlət agentliyidir. KOICA-nın Azərbaycan nümayəndəliyi 2009-cu ilin fevralında açılıb. Nümayəndəlik hazırda “Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması”, “Xüsusi iqtisadi zonaların və sənaye şəhərciklərinin inkişafı”, “Azərbaycan Texniki Universitetinin təhsil informasiya sisteminin yaradılması” kimi bir sıra layihələr həyata keçirir.
Agentlik indiyədək 400-ə yaxın azərbaycanlı dövlət qulluqçusunu və tələbəni təhsil almaq və müxtəlif təlim proqramlarında iştirak etmək üçün Koreyaya göndərib.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info