ABŞ investorları iqtisadiyyatımıza 880 milyon sərmayə qoyub
Tarix: 25.11.2013 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Bütün ikitərəfli əməkdaşlıq dövründə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna amerikalı sərmayəçilər tərəfindən qoyulan investisiyaların ümumi həcmi təxminən 880 milyon dollar təşkil edir. “Palitra”nın məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Bakıda keçirilən Azərbaycan-ABŞ biznes forumu ərəfəsində jurnalistlərə bildirib.
R.Məmmədov deyib: "Azərbaycana müxtəlif sahələr üzrə ixtisaslaşmış iri ABŞ şirkətlərinin nümayəndələri gəliblər. Məlum olduğu kimi, Azərbaycanla ABŞ-ın əməkdaşlığı hərtərəflidir. Ölkəmizdə ABŞ sərmayələri ilə 220 şirkət çalışır".
Onun sözlərinə görə, forumun keçirilməsində məqsəd iqtisadi əməkdaşlığın gələcəkdə intensivləşdirilməsidir: "Söhbət həm ticarət dövriyyəsinin artırılmasından, həm də qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinin inkişafından gedir. Ümumilikdə, forumun gedişində müxtəlif, o cümlədən energetika, kimya sənayesi, məişət texnikasının istehsalı və s. sahələrdə əməkdaşlığın potensialı müzakirə olunacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Avstriya ilə memorandum imzalanıb
19.09.2018
Bakıda keçiriləcək yarmarkaya Qobustandan 2 ton bal çıxarılacaq
19.09.2018
Göyçayda sahibkarlar üçün treninq keçirilib
19.09.2018
Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək
19.09.2018
“Ümid”dəki ikinci platformadan yeni quyu 2020-ci ildə qazılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info