Bakı Turizm Peşə Məktəbində Təhsil-Təlim Mərkəzinin açılışı olub
Tarix: 25.11.2013 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Noyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə layihəsi çərçivəsində Bakı Turizm Peşə Məktəbində turizm sahəsi üzrə peşəkar kadrların hazırlanması məqsədi ilə yaradılan Təhsil-Təlim Mərkəzinin açılışı olub.
İki qurum arasında 2012-ci il noyabrın 13-də “Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi” adlı ikiillik layihənin birgə həyata keçirilməsinə dair müqavilə imzalanıb.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək layihənin əhəmiyyətindən danışıb, iştirakçıları mərkəzin fəaliyyətə başlaması münasibətilə təbrik edib. Bildirib ki, layihə sahə üçün yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətinin gücləndirilməsi və məktəb məzunlarının peşəkarlığının artırılması və rəqabətə davamlılığı yüksəltmək məqsədi daşıyır. Layihə çərçivəsində bu məktəbin idarəetmə sistemi gücləndiriləcək, tədris və təlim planları təkmilləşdiriləcək. Layihə turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə ixtisaslı kadrların hazırlanması, yerli xidmət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və mövcud problemlərin həllinə yardımı da nəzərdə tutur.
BMT-nin Rezident Əlaqələndiricisi, BMTİP Rezidentinin nümayəndəsi Antonius Bruk son 60 ildə dünya turizm sektorunun davamlı inkişafından danışıb.
Azəbaycanın Avropada sürətlə inkişaf edən yeni turizm məkanlarından birinə çevrildiyini deyən A.Bruk qeyd edib ki, BMT-nin Dünya Turizm Təşkilatının göstəricilərinə əsasən 2012-ci ildə bu ölkədə həyata keçirilən beynəlxalq uçuşların sayı 27 faiz artmış və bu göstərcinin gələcəkdə artacağı gözlənilir. O, Azərbaycan iqtisadiyyatının genişlənməsi, regionların inkişafı üçün turizmin həlledici rol oynadığını və bunun da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmasını alqışladıqlarını söyləyib.
Sonra tədbir iştirakçıları təlim mərkəzi ilə tanış olublar. İlk təlimlərdə Türkiyə və Ukraynadan turizm xidməti sahəsində peşəkar ekspertlər iştirak ediblər.
Layihə çərçivəsində yerli və xarici ekspertlər tərəfindən Bakı Turizm Peşə Məktəbinin müəllimləri və tələbələri üçün müvafiq təlim kurslarının, eləcə də Bakıda fəaliyyət göstərən mehmanxana və iaşə obyektlərinin nümayəndələri üçün xidmət sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info