Pirallahı qəsəbəsindəki 29-cu məhəllədə quruculuq işləri yekunlaşmaq üzrədir
Tarix: 25.11.2013 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Pirallahı rayonunun Pirallahı qəsəbəsindəki 29-cu məhəllədə yüksək zövqlə aparılan kompleks abadlıq və quruculuq işləri yekunlaşmaq üzrədir.
Rayon icra hakimiyyətindən bildiriblər ki, yaşayış məhəlləsinə 2 min 300 paqonmetr səki daşları düzülmüş, 10 min 277 kvadratmetr sahəyə asfalt örtüyü vurulmuş, əraziyə 300 ədəd küknar ağacı əkilib.
Sakinlərin istirahəti üçün 3 ədəd kölgəlik tikilmiş, çoxlu sayda müasir və davamlı oturacaqlar qoyulmuş, azyaşlı uşaqların əylənmələri məqsədi ilə attraksionlar quraşdırılıb. Növbəti mərhələdə bu ərazidə avtomobillər üçün parkinq tikiləcək, nəzərdə tutulmuş yerlərdə yaşıllaşdırma məqsədi ilə qazon əkiləcək.
Məhəllədə yerləşən və ümumi sahəsi 200 kvadratmetr olan müasir tipli 150 nəfərlik birmərtəbəli “Xeyir-şər” evi bütün lazımi avadanlıq və ləvazimatlarla təchiz edilərək, əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilib.
Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün inşasında isə işlər davam etdirilir. Layihəyə əsasən, körpünün uzunluğu 421,4 metr, eni isə 14 metrdir. Körpü 10 dayaqdan, 9 aşırımdan ibarət olacaq.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Azeri Light”ın bir barreli 80,66 dollara satılır
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info